Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq məmurların büdcədən oğurladıqları milyardlar - cəza olacaqmı?

Hüquqşünas: “Belə cinayətlərə görə məmurlar ən ağır cəza almalı, qanunun sərt üzünü görməlidirlər”

Azərbaycanda vəzifədən uzaqlaşdırılan məmurların mütləq əksəriyyəti barədə korrupsiya, mənimsəmə ittihamları səngimək bilmir. Elə vəzifədə olanda da adları dövlət büdcəsinin talanmasına, vəzifədən, dövlətin gücündən öz maraqlarının təmininə istifadələri haqda danılmaz faktlarla zəngin xəbərlər tirajlanır.

Dövlət nəzarətindən yayınmağı bacaran məmurlar vəzifədə olanda xalqın pulunu, malını çapıb-talayır, mənimsəyir, vəzifəsini itirəndən sonra isə sakitcə ölkədən çıxardığı milyonları, bəzi hallarda isə hətta milyardları öz keflərinə xərcləyir, xarici ölkələrin iqtisadiyyatını ayaqda saxlayırlar. Halbuki oğurlanan, talanan vəsaitlərlə xalqın güzəranını, sosial problemlərini, sağlıq məsələlərini və bir çox çeşidli ictimai işlərin gerçəkləşməsini həyata keçirmək mümkün olardı.

Azərbaycanda belədir: nazir postundan çıxarılandan sonra vəzifədə olduğu illərdə barəsində yayılan korrupsiya-rüşvət ittihamları fakt şəkilində araşdırma qovluqlarının “bəzəyinə” çevrilir. Son nəticə isə dəyişmir, əksərən oğurlanaraq ölkədən çıxarılan vəsaitlər geri qaytarılmır.

Deputat Aqil Abbas “Yeni Müsavat”a müsahibələrindən birində bu cür yanaşmanın doğru olmadığını, korrupsioner məmurların vəzifədə ikən həbs edilməsinin tərəfdarı olduğunu dilə gətirmişdi. Demişdi ki, korrupsiyaya qurşanan adam cəzasını almalıdır.

Deputat “Məmurlar vəzifədə olanda tutulmalıdır. 50 milyon dolları, 2 milyard dolları bir gündə yemək mümkün deyil. Hər il burada yoxlamalar gedir. Onda niyə görmürdülər? Çünki vəzifədə olanda ona yaxınlaşmağa qorxurlar. Yaxınlaşan da rüşvətini alır, oturur yerində. Həm də vəzifədə olanda bu rüşvət, korrupsiya faktlarını gizlədə bilir. İmkanları olur, onu ayrı cür sənədləşdirirlər” deyə, vurğulamışdı.

Məsələn, Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərlərinin kollektivlərə təqdimatı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hər 2 qurumun əvvəlki rəhbərlərinin fəaliyyətini kəskin tənqid etmişdi. Administrasiya rəhbəri bu qurumlarda korrupsiya, dövlət vəsaitlərini təyinatından yayındırma hallarının olmasını açıq şəkildə demişdi.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, onun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev, sabiq vergilər naziri Fazil Məmmədov, “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev, sabiq nəqliyyat naziri Ziya Məmmədov, onun qudası - sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, sabiq müdafiə naziri Səfər Əbiyev vəzifədə olduqları dövrdə barələrində korrupsiya ittihamları bir-birini əvəzləyirdi. Adları sadalanan məmurlar və büdcə pullarına əlləri çatan vəzifə sahiblərinin əksəriyyəti məhz vəzifədə olduqları illərdə varlanıblar. Biznes imperiyaları qurub, xaricdə mal-mülk sahibinə çevriliblər. Bu gün vəzifədə deyillər, vəzifədə olduqları dönəmdə taladıqları və xaricə transfer etdikləri pulları idarə etməklə məşğuldurlar. Azərbaycan büdcəsindən çırpışdırılan belə vəsaitlər hesabına alınmış mal-mülkün geri qaytarılması zamanı da çoxdan çatıb. Həm ölkə daxilində, həm də ölkə xaricində olan sabiqlərin belə obyektlər milliləşdirilərsə, Azərbaycan büdcəsi bundan yalnız xeyir görər. Bu adamların ilkin kapitalından tutmuş bizneslərinin şaxələnməsinə xərcələdikləri pullar xalqdan oğurlanıb.

Bütün bunların birmənalı olaraq vəzifəsini tərk edən sabiq məmurların ardınca baş verir. Yəni kimsə vəzifədə olarkən onun yol verdiyi qanunsuzluqlar rəsmilərin dilindən eşidilmir, xırda istisnalarla, açıq tənqid olunmur. Bütün korrupsiya halları, mənimsəmələr bir məmur vəzifəsini tərk edəndən sonra üzə çıxır. Burada istisna təşkil edən Hesablama Palatasının açıqladığı hesabatlardır. Həmin hesabatlar büdcə pulları ilə bağlı baş verənlər barədə təsəvvür əldə etmək üçün xeyli qiymətli mənbə sayıla bilər. Maraqlıdır ki, Azərbaycanda hələ ki Hesablama Palatasının təqdimatları əsasında başlanan cinayət işləri üzrə orta və ya yüksək ranqlı bir məmurun, vəzifəli şəxsin məsuliyyətə cəlb olunması halına rast gəlinmir. Halbuki ölkənin Cinayət Məcəlləsində korrupsiya, rüşvətalma, dövlət vəsaitlərini təyinatından yayındırma, mənimsəmə kimi cinayətlərə görə cəzalar nəzərdə tutulub.

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, Cinayət Məcəlləsində mənimsəmə və ya israf edilmək 5 ildən 10 ilədək, xüsusi külli miqdarda olduqda isə 10 ildən 14 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Yəni ən yüksək cəza 14 ildir. Korrupsiya cinayətləri bir neçə maddədə nəzərdə tutulur. Bir var vəzifə səlahiyyətlərindən sui-istifadə - burada cəza müddəti maksimum 7 ildir. Bir də var dövlət büdcəsinin və ya məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının vəsaitlərindən təyinatı üzrə istifadə etməmək. Burada maksimum cəza 6 illiyə azadlıqdan məhrum edilmədir. Daha bir hal satınalma prosedurlarını keçirmədən dövlət vəsaitlərini xərcləmə, yaxud dövlət satınalmalarını qanunsuz keçirmə ilə bağlıdır - 4 ilədək həbs cəzası nəzərdə tutulur. Vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini mənimsəmə - maksimum cəza 3 ildir. Rüşvətalma külli-miqdarda olduqda 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Hüquqşünas korrupsiya cinayətləri ilə bağlı cəzaların daha sərt olmasına, fərq qoyulmadan korrupsiyaya bulaşmış məmurların statusundan asılı olmayaraq cəzalandırılmasının vacib olduğunu deyib: “Belə cinayətlərə görə məmurlar ən ağır cəza almalı, qanunun sərt üzünü görməlidirlər. Büdcədən milyonlarla pul oğurlamış şəxs bilməlidir ki, onu xüsusilə ağır cəza gözləyir. Belə olmasa, büdcədən oğurluqları dayandırmq mümkün olmaz. Məmur düşünür ki, dövlətin vəsaitini talayır, tutulsa uzağı 10 il iş alır, 3-4 il cəza çəkəndən sonra isə şərti cəza ilə azadlığa çıxır. Belə məmurlar həbs ediləndən sonra cəzaçəkmə yerlərində də digər məhkumlardan daha yaxşı yaşayırlar. Milyonlar oğurlayan məmur ayda 3-5 min manat xərcləyib həbsdə belə yaxşı yaşayışını təmin edə bilir. Heç kimə sirr deyil ki, korrupsionerlər həbsə alındıqdan sonra taladıqları pullarla özləri üçün rahat şərait yaradıb, sonra da çıxıb həyatlarına davam edirlər. Bu kimi halların qarşısının alınması üçün cəzaların sərtləşdirilməsinə ehtiyac var. Korrupsioner məmur həbsdə digər məhkumlarla eyni şərtlər daxilində saxlanılmalıdır. Rahat kreslolara, komfort həyata öyrənmiş məmur belə də oğurladıqlarını tez-təcili təhvil verməyə razı olar”.

Tanınmış vəkil Əsabəli Mustafayev sabiq məmurların ölkədən çıxardığı pulların xaricdən geri qaytarılması üçün addımlar atılmasının vacib olduğunu deyir. Onun sözlərinə görə həmin pullarla xalqın çoxsaylı problemlərini həll etmək mümkündür: “Sabiq nazirlərin qiyməti milyonlarla ölçülən mülkləri var. Onların mülklərinin əllərindən alınması çox yaxşı olardı, amma bir şərtlə ki, həmin mülklər qanunla alınmalı və hərracda satılıb pullar büdcəyə qaytarılmalıdır. Məmurların xaricdəki əmlakları üzərinə həbs qoyulması da çox asan məsələdir. Bu işlər gec-tez gerçəkləşməlidir. Bu pullar xalqındır, xalqa qaytarılmalıdır. Bakıətrafı kəndlərdə, rayonlarda xalq qaz-işıq pulunu ödəyə bilmir. Bu gün Azərbaycanda heç bir nazir gəlir deklarasiyası vermir. Gəlir deklorasiyası verilməsi isə qanunun tələbidir. Nəhayət ki, Azərbaycanda vəzifə sahiblərinin gəlir deklorasiyası vermələri təmin olunmalıdır. Bundan sonra bu və ya digər məmur korrupsiyaya yol verəcəksə, onun barəsində tədbir görmək proseduru da asanlaşacaq”.(“Yeni Müsavat”)

pia.az


Etiket: Sabiq məmurlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar