Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman Mehdiyev iş adamları ilə görüşdü: Gömrük islahatları

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

Tədbirdə çıxış edən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf proqramının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sahibkarlığın inkişafının prioritet məsələlərdən biri olduğunu və qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini bildirib.

Qeyd edilib ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, strateji yol xəritələri, yerli istehsalın artırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanda özəl sektora diqqət və qayğının nəticəsidir.

Sahibkarlığın inkişafında gömrük xidmətinin də mühüm rol oynadığını vurğulayan Telman Mehdiyev gömrük orqanlarında biznes subyektlərinin işinin asanlaşdırılması üçün layihələrin həyata keçirildiyini deyib.

Baş İdarənin rəisi gömrük sahəsində aparılan islahatlar barədə sahibkarlara ətraflı məlumat verib və bildirib ki, gömrük orqanları biznes-gömrük əməkdaşlığına xüsusi diqqət yetirir. Bununla əlaqədar, iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. İstər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.

O da bildirilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində fəaliyyət göstərən İctimai Şuranın iclaslarında gömrük işinə dair müxtəlif məsələlər müzakirəyə çıxarılır. Məqsəd xarici iqtisadi fəaliyyət iştirakçılarının qarşısına çıxan çətinliklərin həlli və gömrük əməkdaşları ilə sahibkarlar arasında münasibətlərdə şəfafflığın təmin edilməsi istiqamətində səyləri birləşdirməkdir.

Sonra sahibkarların sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar