Bərdədə fermada meyit tapılıb
Hadisə rayonun Çələbilər kəndində baş verib.
1972-ci il təvəllüdlü Süleymanova Sevinc Səlim qızı kənd ərazisində müvəqqəti məskunlaşdığı fermada ölü vəziyyətdə tapılıb.
Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. (Trend)
pia.az