Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən böyük üstünlüyümüz odur ki... – Mir Şahin

Azərbaycanda daha öncə də fasiləsiz fəaliyyət göstərən xəbər kanalı var idi

Biz ona görə xəbər kanalına müraciət etdik ki, bəzən yük çox olanda bir nəqliyyat vasitəsi azlıq edir.

PİA.az xəbər veririr ki, bu sözləri Real TV-nin sahibi, tanınmış telejurnalist Mir Şahin kanalın 1 yaşı münasibəti ilə fikirlərini Musavat.com-a açıqlayarkən deyib. O bildirib ki, Azərbaycan cəmiyyətində çoxlu xəbər var idi və biz hesab etdik ki, yeni bir xəbər kanalının olması daha yaxşıdır:

“Bu baxımdan biz belə seçim etdik, ixtisaslaşmış xəbər kanalı yaratdıq. Real TV həm də birbaşa yayım ənənələrini Azərbaycan efirinə qaytardı. Əvvəl də xəbər aparıcılarının birbaşa yayımı, futbol oyunlarından canlı yayım və sair var idi. Ancaq hadisə yerindən birbaşa yayım ənənəsini biz geri qaytardıq. Real TV-nin ən böyük üstünlüyü böyük mənada birbaşa yayımın Azərbaycan efirinə qayıtmasıdır. Tam cəsarətlə deyə bilərəm ki, Real TV-yə qədər heç bir televiziya bu qədər birbaşa yayım etmirdi. Bu eyni zamanda Azərbaycanda söz və mətbuat azadlığının boğulduğunu iddia edən insanlara da cavabdır. Söz azadlığı regionlardan birbaşa hadisə yerindən verilən reportajlarda özünü göstərir. Burada artıq heç nəyi montaj etmirsən”.

Mir Şahin qeyd edib ki, Real TV-nin ikinci ən böyük uğuru Azərbaycanda demək olar ki, bütün yüksək rütbəli məmurların Azərbaycan televiziyasına, informasiya strukturlarına münasibətinin dəyişməsidir:

“Dövlət başçısı Azərbaycan jurnalistikasına etimad göstərdi, müsahibə verdi. Özü də bu fundamental müsahibə idi, hesabat xarakterli müsahibə idi. Bu baxımdan mən Real TV-nin fəaliyyətinə ən yüksək qiymətin elə məhz Prezidentin müsahibəsilə verildiyini düşünürəm”.

Mir Şahin planlaşdırılan yeniliklərlə bağlı da anons verib. Onun sözlərinə görə, Real TV-nin həm xaricdə, həm də ölkəmizdə bölgə müxbirləri fəaliyyət göstərəcək. Bundan başqa, kanalın milli tezlikdə efirə çıxması üçün MTRŞ-dan icazə alınması ilə bağlı da müraciət edilib və müsbət qərarın verilməsi gözlənilir. Qeyd edək ki, hazırda Real TV-yə ixtisaslaşmış xəbər kanalı kimi peyk yayımı üçün müddətsiz lisenziya verib. Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.

Xatırladaq ki, Real TV 2018-ci il 15 martdan yayımlanır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar