Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Forumu çərçivəsində növbəti iclas - Foto

Martın 15-də VII Qlobal Bakı Forumu çərçivəsində “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” mövzusunda panel iclas keçirilib

İclasa moderatorluq edən fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, Milli Səhiyyə və Milli Onkologiya İnstitutunun sabiq direktoru Harold Varmus elmi layihələrin maliyyələşdirilməsinin, elmi infrastrukturun inkişaf etdirilməsinin əhəmiyyətindən, elmi qurumlar və hökumət arasında əməkdaşlığın təşkili məsələsindən danışıb. O, siyasi müstəvidə qərarların elmi cəhətdən əsaslandırılmasının zəruriliyini qeyd edib.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Komissiyanın sədri, Hindistanın Baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Rajendra Paşauri iqlim dəyişiklikləri problemlərinin aradan qaldırılmasında elmin rolundan danışıb. Qeyd edib ki, elm gələcəkdə baş verə biləcək təhlükələrə nəzər sala bilər. Elmi ictimaiyyətin diqqətini iqlim dəyişiklikləri ilə bağlı intensiv hadisələrə daha çox cəlb etmək lazımdır. Problemi bir neçə ölkə həll edə bilməz. Bu məsələdə, həmçinin alimlər ünsiyyət qurmalı, bacarıqları ortaya çıxarmalıdırlar.

Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger təmsil etdiyi ölkədə ətraf mühitin qorunmasının bir hərəkata çevrildiyini deyib. O, Yeni Zelandiyanın GMO-ları qəbul etməməsi ilə bağlı səbəbləri diqqətə çatdırıb, habelə ölkəsində heyvandarlığın çox inkişaf etdiyini vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində insanların həyat tərzinin dəyişdirilməsi məsələsinə toxunub, bu sahədə medianın rol oynayacağını vurğulayıb. O, elm adamlarının müstəqilliyinin qorunub saxlanması, onların siyasi liderlərin təsiri altına düşməməsi məsələsinin vacibliyini qeyd edib. Habelə qanunvericilər tərəfindən sosial media ilə bağlı məsuliyyət müəyyənləşdirilməsinin zəruri olduğunu bildirib.

Kanada Beynəlxalq İnkişaf Agentliyinin sabiq prezidenti, UNICEF-in icraçı direktorunun sabiq müavini Marqaret Katley-Karlson qeyd edib ki, iqlim dəyişikliyi probleminə elmin bütün sahələrini cəlb etmək lazımdır. Məsələn, sosiologiya cəlb edilərsə, bu sahənin mütəxəssisləri iqlim dəyişikliyinin cəmiyyətdə hansı dəyişikliyə səbəb olacağını deyə bilər.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku panel sessiyanın mövzusuna gələcəklə əlaqədar strategiya məsələsi istiqamətində yanaşıb. O, tezliklə bilik iqtisadiyyatının bərqərar olacağını, cəmiyyətin də buna uyğun amillərlə inkişaf edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, biliklərə əsaslanan dəyərlərə qiymət verilməlidir. Bu sahədə mədəniyyət mütəxəssisləri də öz sözünü deməlidirlər. Elmə əsaslanan qərarlar həqiqəti əks etdirir.

Qırğız Respublikasının sabiq Baş naziri Comart Otorbayev bu cür müzakirələrin insanları intellektual debatlara ruhlandırdığını bildirib. O, bərpaolunan enerji mənbələrindən istifadənin əhəmiyyətini vurğulayıb.

Mövzu ətrafında müzakirələrdə hər hansı problemin həllində alimlərin fikirlərinə diqqət yetirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin iqlim dəyişiklikləri problemlərinin həllinə gəncləri daha çox cəlb etməyin vacibliyi bildirilib. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar