Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qeydiyyatsız yaşayanların nəzərinə: Cərimələnə bilərsiniz - Video

Rayonlardan Bakıya gələn insanların əksəriyyəti xüsusən paytaxtın kənd və qəsəbələrində özünə ev-eşik tikir

Amma qeydiyyata düşmürlər, uzun illər qeydiyyatsız yaşayırlar. Bu isə həmin insanları müəyyən çətinliklərlə üz-üzə qoyur.

ARB TV-nin "Günə Doğru” verilişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Sorğu-Sakin: "Qeydiyyatı rayondadır, kəndədir. Gəlib özü Bakıda yaşayır. Ev-eşik tikir”.

Ekspert Ramil Osmanlı: "Vətəndaşların ərazi üzrə qeydiyyata düşməmələri həm də digər problemlərin yaranmasına gətirib çıxarır. Vətəndaşın müəyyən sosial hüquqlardan məhrumolma, eyni zamanda inzibati hüquqlardan məhrum olma kimi məsələlər var. Bəzi hallarda bu vətəndaşın müəyyən proseslərdən iştirakına mənfi təsir göstərir. Seçki prosesində, digər proseslərdə”.

Bu məsələlər "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunla tənzimlənir. Qanunda göstərilir ki, vətəndaş 6 ay müddətində yaşayış yerini dəyişirsə, qeydiyyata düşməlidir.

Samir Qasımov – Vəkil: "Daimi yaşayış yerini dəyişirsə, tutaq ki, hansısa rayonda qeydiyyatdadır, gəlir Bakıya işləməyə və uzun müddət burda qalacaq. Həmin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Kirayə qalırsa, kirayə müqaviləsini təqdim etməklə və yaxud ev kimin adınadırsa, mülkiyyətçinin yazılı razılıgını təqdim etməklə yeni ünvana, yaşadıgı yerə qeydiyyata düşməlidir”.

Ramil Osmanlı - Ekspert: "İcarə müqaviləsində müvəqqəti qeydiyyata düşməklə bağlı bənd öz əksini tapa bilər ki, icarəyə verən öz mənzilini həmin müqavilə müddətində vətəndaşın o mənzilə müvəqqəti şəkildə qeydiyyata alınmasına etiraz etmir. Amma rəsmi müqavilələr olmadıgına görə, əksər hallarda, kirayə götürən də belə bir tələb irəli sürə bilmir”.

Mənzilin qeydiyyatı olmadıqda da, həmin mənzilə kiminsə qeydiyyat düşməsində problem olur.

Ramil Osmanlı - Ekspert: "Həmin fərdi yaşayış evlərinin mülkiyyət sənədlərinin olması qanunu şəkildə qeydiyyata düşmək üçün problem yaradır”.

Samir Qasımov – Vəkil: "Qeydiyyatda deyil, tutaq ki, onun barəsində hər hansı cinayət işi varsa, əgər onun daimi qeydiyyatı yoxdursa, onda bu adam barəsində həbs qətiimkan tədbiri seçilə bilər, bu adamı lazım olanda, istintaq orqanı tapa bilsin”.

Qanuna görə yaşayış yerini uzunmüddətli dəyişib, amma həmin yerdə qeydiyyata düşməyənlər cərimə oluna bilərlər. İnzibati xətalar məcəlləsinin 563-cü maddəsində buna görə 30 manat cərimə nəzərdə tutulub.

PİA.az Axar.az-a istinadən həmin süjeti təqdim edir:

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar