Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev İSESKO-nun baş direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib

İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana gəlməsindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirib. O bu tədbirin beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini deyib. Əbdüləziz Osman əl-Tuveycri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrik siyasəti ilə Azərbaycan uğurla inkişaf edir, çiçəklənir və ölkəmizin təkcə regionda deyil, bütün dünyada mövqeləri gündən-günə möhkəmlənir.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, Əbdüləziz Osman əl-Tuveycriyə VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirib. Dövlət başçısı VII Qlobal Bakı Forumunun qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirə çevrildiyini deyib. İSESKO ilə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, bu təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (Axar.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar