Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-də qalmaqallı kadr dəyişikliyi – Baş direktor Faiq Hüsiyev getdi

AzTV-nin sədr əvəzi Rövşən Məmmədli kanalda keçmiş sədr Arif Alışanovun dövründən qalma kadrları işdən çıxarmağa davam edir

Yeni rəhbər bu dəfə tanınmış jurnalist, AzTV-nin informasiya proqramları departamentinin baş direktoru Faiq Hüsiyevi vəzifəsindən azad edib. Bildirilir ki, Hüsiyevə işdən öz ərizəsi ilə, könüllü ayrılmaq təklif olunub, lakin baş direktor bu təklifə sərt reaksiya verib və televiziyada qalmaqal yaranıb.
Buna baxmayaraq, sədr qərarından geri addım atmayıb və F.Hüsiyev baş direktor vəzifəsindən azad edilib.
Yaranan qalmaqalın daha da böyüməsini istəməyən sədr R.Məmmədli F.Hüsiyevi AzTV-nin TV və Radio Akademiyasına rektor təyin edib.

Qeyd edək ki, F.Hüsiyev bu təyinata qədər həmin akademiyada rektorun səlahiyyətlərini icra edib.

Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən F.Hüsiyev sədrlə arasında qalmaqal yaşandığını təkzib etsə də, baş direktor vəzifəsindən azad edildiyini təsdiqləyib: "Mən öz ərizəmlə informasiya proqramları departamentindəki vəzifəmdən ayrılmışam. Ardınca da TV və Radio Akademiyasının rektoru təyin edilmişəm. Sədr Rövşən Məmmədli münasibətlərimiz çox yaxşıdır, heç bir narazılıqdan söhbət gedə bilməz. Akademiyanın işini böyüdürük. Ona görə də mən öz istəyimlə bura gəlmişəm”.

Xatırladaq ki, F.Hüsiyev AZTV-də ən təcrübəli və tanınmış jurnalistlərdən hesab olunur. O, 1993-1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd” mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997-1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika” redaksiyasında redaktor vəzifəsində, 1998-2005-ci illərdə "Beynəlxalq proqramlar” redaksiyasında böyük redaktor vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları” departamentinin rəisi vəzifəsində işləyib. 2007-2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Tv. İnformasiya proqramları” studiyasının direktoru olub.

2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar