Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın start vəziyyəti Yaponiyadan yaxşıdır”

“Yaponiyanın Keio Universitetinin beynəlxalq siyasət və diplomatiya üzrə professoru Hosoya Yuiçinin Bakıda mühazirələri oldu”

“Bir çox ölkənin aparıcı universitetlərində məruzələr edən professor sadə dildə Yaponiyanın inkişafının sirrini izah etdi. Yaponlar mövcud olanı öyrənib, mükəmməlini yaradıblar”.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, professor Hosoya Yuiçi Bakıdakı çıxışında Yaponiyanın Azərbaycan qədər zəngin enerji resurslarına malik olmadığını xatırladaraq ölkəsinin inkişafının sirrini anladıb:

“Professor Hosoya çıxışında bildirdi ki, Yaponiya müxtəlif dövlətlərin strategiyasını öyrəndikdən sonra ABŞ-la müttəfiqliyə qərar verdi. Ancaq Yaponiyanın başqa seçimi yox idi. Çünki Yaponiya İkinci Dünya Müharibəsində Amerika tərəfdən işğal olunmuşdu və Tokio ancaq Vaşinqtonun şərtlərini qəbul edə bilərdi.

Yaponiya İkinci Dünya Müharibəsindən sonra müdafiəsini gücləndirə bilməzdi, bu, ABŞ tərəfindən qadağan olunmuşdu. Bəlkə də elə bu amil Yaponiyanın inkişafını sürətləndirdi. Çünki Yaponiya əldə etdiyi gəlirləri müdafiə xərclərinə yox, iqtisadiyyatın müxtəlif sahələrinə yönəldirdi.

Yaponiyanın iqtisadi inkişafı və məhsullarının yüksək rəqabət qabiliyyəti ABŞ-dakı siyasi mərkəzləri narahat etsə də, Vaşinqton Yaponiya ilə siyasi müttəfiqlikdən vaz keçə bilməz. Buna görədir ki, Yaponiya Kuril adalarını geri qaytara bilmir. Rusiya Yaponiyanın ABŞ-la müttəfiqliyini nəzərə alaraq Kuril adalarını qaytarmır.

Əlbəttə ki, Yaponiya Azərbaycana bənzəmir. Ancaq Hosoya Yuiçinin “Yaponiyanın dünyanı öyrənməsi təcrübəsi Azərbaycan üçün faydalı ola bilər” fikri diqqətə layiqdir. Azərbaycanın da iqtisadiyyatın inkişafında müsbət beynəlxalq təcrübəni öyrənməyə və faydalanmasına ehtiyac var.

Azərbaycanın start vəziyyəti İkinci Dünya müharibəsində məğlub duruma düşən Yaponiyanın start vəziyyətindən dəfələrlə yaxşıdır. Sadəcə, ən əsası Azərbaycanda təhsilin inkişafını sürətləndirmək lazımdır”.

Elxan Şahinoğlu Yaponiyanın bir sıra ölkələrin inkişafında müsbət rol oynadığını bildirib:

“Hosoya Yuiçinin sözlərinə görə, Yaponiyanın Çinlə münasibətlərində müəyyən gərginliklər olsa da, Yaponiya Çinin iqtisadi inkişafından narahat deyil. Əksinə, Yaponiya qonşularının varlı dövlət olmalarını istəyir və buna kömək edir. Məsələn, Çin Yaponiyanın sənayeləşmə təcrübəsindən istifadı edib. Yaponiya Cənubi Koreya və Vyetnamın inkişafında da rol oynayır.

Yaponiya su mənbələrinin tapılmasında və istifadəsində uzaq Afrika ölkələrinə kömək edir, mütəxəssislərini həmin ölkələrə göndərir, təcrübəsi ilə bölüşür. Yaponiya Azərbaycanın bölgələrində eyni fəaliyyətlə məşğuldur. Yaponiya hökuməti Azərbaycanda “Ot kökləri və insan təhlükəsizliyi” xeyriyyə proqramını həyata keçirir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar