Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ət idxalında kəskin artım davam edir

Yanvar-fevral aylarında Azərbaycan xaricdən 12 milyon 615.31 min dollar dəyərində 9 min 140.90 ton ət idxal edib

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə çəki ifadəsində 64 faiz artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 8 milyon 789.79 min dollar dəyərində 5 min 862 ton ət idxal olunub.

İki ayda heyvandarlıq məhsullarından daha bir olan südün idxalında da artım qeydə alınıb. Belə ki, bu dövrdə 1 milyon 705.26 min dollarlıq 1 min 325.75 ton süd idxal edilib ki, bu da ötən ilin analoji dövründəki idxaldan( 1 min 94,88 ton) çəki ifadəsində 21 faiz çox deməkdir.

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalında isə çəki ifadəsində azalma olsa da, dəyər ifadəsində artım baş verib. Belə ki, ötən ilin iki ayında ölkəyə 9 milyon 218.22 min dollar dəyərində 1 min 797.70 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunubsa bu ilin eynio dövründə həmin göstəricilər müvafiq olaraq 9 milyon 876.09 min dollar və 1 min 705.59 ton təşkil edib.

pia.az


Etiket: ət idxalı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar