Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nazim İbrahimovun oğlu Azərbaycan ordusunda xidmət etməyib” – Müdafiə Nazirliyi

Xəbər verdiyimiz kimi, mətbuatda ötən ilin aprel ayında tutduğu vəzifədən azad edilən Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və ailə üzvləri ilə bağlı yeni məlumatlar yayılıb

Həmin məlumatlarda onun oğlu Elnur İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu barədə məlumatlar yer alıb. Elnur İbrahimovun Silahlı Qüvvələrdə hərbi xidmətə yollanması haqqında məlumat yayıldıqdan sonra onun xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirdiyi qeyd olunub. Buna sübut kimi bir neçə foto da məlumatda yer alıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun Silahlı Qüvvələrə hərbi xidmətə yollandıqdan sonra xidmətini hərbi hissədə keçirməməsilə bağlı “AzPolitika.info” saytının sualına Müdafiə Nazirliyindən verilən cavab isə maraqlı bir faktın üstünü açıb.

Nazirlikdən verilən cavabda bildirilib ki, İbrahimov Elnur Nazim oğlu adlı şəxs Azərbaycan ordusunda ümumiyyətlə xidmət etməyib və Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə qeydiyyatda olmayıb.

“Onun xidmətini harada keçməsi ilə bağlı hərbi xidmətə çağrışla məşğul olan quruma müvafiq qaydada müraciət etməyiniz tövsiyyə olunur” -deyə nazirlikdən verilən cavabda bildirilir.

Maraqlıdır, Nazim İbrahimovun oğlu hansı Silahlı Qüvvələrə aid hərbi hissədə xidmət edib? Və ya ümumiyyətlə, hərbi xidmətdə olubmu?

Bu suallara da aydınlıq gətirməyə çalşacağıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar