Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adına 1 milyard dollarlıq əmlak olan pensiyaçı qarı...

Rusiyada “Fontanka” portalının jurnalistləri Peteburqda bir otaqlı evdə yaşayan pensiyaçı qarının əslində dollar milyarderi olduğunu üzə çıxarıblar

74 yaşlı Valentina Konstantinova Dublyennikova illik dövriyyəsi 10 milyard rubldan çox olan bir neçə şirkətin, minlərlə kvadratmetrlik kommersiya daşınmaz əmlakın və digər aktivlərin sahibidir. Həmin aktivlərin ümumi dəyərinin 1 milyard dollardan çox olduğu bildirilir.

Jurnalistlər bu faktı Federal Vergi Xidmətinə sorğu verməklə üzə çıxarıblar. Sorğuya verilən cavabda göstərilib ki, pensiyaçı qadın bir neçə şirkətlərin və daşınmaz əmlak obyektlərinin, o cümlədən Peterburqdakı “Ekspoforum”un sahibidir. Habelə qadının adına olan şirkətlərin aktivləri arasında sərgi və ticarət mərkəzləri də var. Həmin obyektlərin əsas icarəçiləri “Qazprom”un müxtəlif strukturlarıdır.

Pensiyaçı qarının şirkətləri habelə otel biznesi ilə də məşğuldur. Üstəlik şirkətlərdən bəzilərinin nəhəng borcları var. Təxmin edilir ki, qadının adına olan obyektlər kredit hesabına tikilə bilərdi. Amma kreditorun kim olduğunu aydınlaşdırmaq mümkün olmayıb.

Valentina Konstantinovna özü isə Sankt-Peterburqdakı adi panel evlərdən birində bir otaqlı mənzildə yaşayır. Milyarder olduğunu isə qadın jurnalistlərdən eşidib və bu informasiyaya inanmayıb, onu ələ saldıqlarını düşünüb.

Bununla belə qadın təsdiq edib ki, onun adına rəsmiləşdirilən şirkətlərdən birinin direktoru Yelena Maşedonu tanıyır. Maşedo “Qazprom”un rəhbər strukturları ilə sıx bağlıdır. (Virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar