Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbtidai siniflər üçün yeni dərsliklər hazırlanır

İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklər hazırlanır

Bu, Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir.

Təhsil nazirliyinin şöbə müdiri Emin Əmrullayevin sözlərinə görə, Təhsil İnstitutu tərəfindən hazırlanan ehtiyat dərsliklərin tədrisi beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Bura dərslik, müəllim üçün metodiki vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Ehtiyat dərsliklərin hazırlanması üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üçmərhələli müsabiqə keçirilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib.Dərsliklərin 2019-2020-ci ildə tam sınaqdan keçirilməsi nəzərdə tutulur .Ümumiyyətlə isə bu dəsrliklərin tədrisi ilə məşğul olan müəllimlər üçündə xüsusi təlimlərin təşkilidə nəzərdə tutulur.

Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək.(xezerxeber.az)

pia.az


Etiket: Dərslik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar