Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Ağamalı: "Oqtay müəllim spikerdir deyə ailəsi acından ölməlidir?"

Milli Məclisin Deputatı Fəzail Ağamalı spiker Oqtay Əsədovla bağlı yayılan xəbərlərə münasibət bildirib

O, deyib ki, belə xəbərlər Azərbaycan dövlətinə, onun yüksək ranqlı məmurunu gözdən salmaq məqsədi daşıyır:

“Biz bu gün ölkə prezidentinə qarşı avropadan aparılan tərbiyəsiz, əxlaqsız və ölkədə kifayət qədər nüfuza sahib olan ziyalıların, deputatları adına aparılan total hücumların şahidi oluruq.

Digər tərəfdən Oqtay Əsədov kifayət qədər özünün təmiz imici ilə seçilən, fərqlənən və dövlətçiliyə kifayət qədər xidmətləri olan cəmiyyətdə də nüfuz sahibi olan bir adamdır və hazırda ona qarşı belə çirkin kompaniya aparılır. Bubunla bərabər, Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin vətəndaşlarına tövsiyə edir ki, Azərbaycana getməyin. Erməni əsilli vətandaşları ölkəyə buraxmamaq Azərbaycanın hüququdur. Biz bilmirik onlar bura nə məqsədlə gəlirlər. Bütün bunlar iki ölkə arasında olan münasibətləri korlamaq məqsədi daşıyır. Ola bilər ki, bu, üçüncü qüvvələrin işidir. Rusiyanın daxilində üçüncü qüvvəyə işləyənlər var. Baxıb görəcəyik bu işlərin axırı necə olur.

Mən Oqtay Əsədovu 25 ildir ki, tanıyıram. O kifayət qədər ciddi və imicini gözləyən adamdır. Ona böhtan atmaq allahsızlıqdır. Başqa bir tərəfdən Oqtay müəllimin həyat yoldaşı da, övladı da özünə biznes qura bilər, burda nə var ki? Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir. Sahibkarlıq iş yeridir, əlavə vergidir. Eyni zamanda, mən tam təminat verirəm ki, Oqtay Əəsdov heç bir sahibkarlıqla məşğul deyil. Bunun altından imza atıram. Ona görə də bu tipli informasiyalar təxribat xarakteri daşıyır”. (bizimyol.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar