Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

İran birinci ağızdan, yəni prezidentin ağzından deyir ki, müharibə şəraitində öz işğal olunmuş torpaqlarını hərbi nəzarətə götürmək İranın təbii haqqıdır. Səhv etmədiniz. Söhbət Azərbaycanın işğalından gedir...

İran rejimi Ermənistana hörmətlə yanaşır və erməniləri sevir. Bu hörmət və sevgi İran tərəfindən Ermənistanı qonşu dövlət və erməniləri qonşu xalq kimi qəbul edilməsinə dayanır. Bunda şübhə yoxdur. Yəni sözün tam anlamıyla İran-Ermənistan münasibətləri qarşılıqlı sevgi əsasında formalaşıb.

Bəs İran rejimi Azərbaycana hörmət edirmi və azərbaycanlıları sevirmi? Xüsusən Azərbaycanı qonşu dövlət görürmü və azərbaycanlıları qonşu xalq kimi sevirmi?

Sevir təbii ki! Amma hörmət etmir və qonşu xalq kimi də görə bilmir!

İran rejiminin Azərbaycana olana sevgisi Ermənistana olan sevgisindən fərqlidir. İran Azərbaycanı ata evini tərk edən “oğul” kimi sevir. Ya da atasından xəbərsiz qoşulub qaçan “qız” kimi ... Yəni içində sevgisi boyda bir nifrəti də var Azərbaycana qarşı...

İran Azərbaycanın müstəqilliyini, Azərbaycan dövlətçiliyini həzm edə bilmir. Bu üzdən də biz İran üçün asi övlad kimiyik... Azərbaycanın müstəqil dövlətinə də kəskin nifrət edir İran və hər fürsətdə bu nifrəti bilərəkdən nümayiş etdirir...

***

Niyə Ruhani son zamanlar Azərbaycana qarşı qan qusur və açıq şəkildə deyir ki, İran üçün Azərbaycan dövləti formal bir qurumdur. Sadəcə kimlərəsə, nələrəsə görə onlar bizə dözürlər... Yəni buna məhkumdurlar!

Amma Ruhani həm də demək istəyir ki, buna dözməyə də bilərlər. Məhkumluqları ortadan qalxa bilər...

İran ətrafında halqa getdikcə daralır və İranın ABŞ-la, ABŞ-la olmasa da İsraillə müharibə təhlükəsi hər gün daha da böyüyür. Putinin Netanyahu ilə son görüşü isə İranı tamamilə dalana dirəyib. Çünki Putinin Netanyahu görüşməsindən sonra ortaya çıxan razılaşma ortadadır: İran Suriyadan çıxarılmalıdır! Yəni Putin Netanyahu qarşısında buna iki əlli “hə” deyib.

Suriya probleminin həllindən sonra vətəndaş müharibəsinin İranın içinə sıçraması təhlükəsi də böyükdür. Ən azından İran daxilində İsrailin və ABŞ-ın vətəndaş müharibəsü üçün istifadə edə biləcəyi millət çoxdur. Onlardan biri və birincisi isə İranda farslardan sonra ikinci etnos olan (ən azından İran rəsmi olaraq bunu belə qəbul edir) çox milyonlu Azərbaycan türkləridir.

Digər tərəfdən müharibə şəraitində İranın düşmənlərinin Azərbaycan ərazisindən istifadə etmələri ehtimalı da böyükdür. Baxmayaraq ki, rəsmi Bakı qətiyyətlə bunun əleyhinədir. Lakin Suriya müharibəsi də göstərdi ki, söhbət hibrid müharibədən gedirsə, o halda bu leqal və qeyri-leqal yollarla mümkündür. Hətta Azərbaycan hakimiyyəti bunu istəməs belə...

Ona görə də Ruhaninin son açıqlamaları, xüsusən də Azərbaycanın tarixi İran torpaqları olması ilə bağlı verdiyi açıqlamalara ciddi yanaşmaq gərəkir. Çünki İran birinci ağızdan, yəni prezidentin ağzından deyir ki, Azərbaycan dövləti-filan qurama şeylərdir, o torpaqlar Rusiya imperiyası tərəfindən işğal olunmuş İran torpaqlarıdır. Yəni prezident Ruhani demək istəyir ki, müharibə şəraitndə öz işğal olunmuş torpaqlarını hərbi nəzarətə götürmək İranın təbii haqqıdır.

Səhv etmədiniz. Söhbət Azərbaycanın işğalından gedir və Ruhaninin son açıqlamaları buna işarədir!

Deyə bilərik ki, əgər məsələyə İranın tarixi-siyasi məntiqi ilə yanaşsaq, elə Ermənistanın indi təşkil olunduğu torpaqlar da Rusiya imperiyası tərəfindən İrandan zorla alınıb. Və hibrid müharibə şəraitində Ermənistan ərazisindən də İrana qarşı istifadə oluna bilər. Niyə rəsmi Tehran eyni mövqeni Yerevana qarşı sərgiləmir?

Burada iki faktor var:

Birincisi, Ermənistan hərbi cəhətdən tamamailə Rusiyanın nəzarəti altındadır və oralarda ABŞ, İsrail “hibridlərinin” peyda olması bir qədər çətin görünür.

İkincisi, Ermənistan İranı daxildən təhdid etmir və İranın parçalanmasında baş rola soyunacaq imkanları da yoxdur...

***
Bəs Rusiya buna necə baxar? Yəni ehtimal olunan müharibə şəraitində İranın Azərbaycanı işğal etməsinə Rusiya necə yanaşa bilər və buna dözə bilərmi?..

Əslində yaranacaq vəziyyət, yəni Azərbaycanın İran tərəfindən işğal təhdidi ortaya çıxarsa, bu hər şeydən əvvəl Rusiyanın işinə yarayır. Sözsüz ki, Rusiya heç bir vəchlə İranın Azərbaycanı işğal etməsinə razı olmaz. Amma ABŞ-ın və İsrailin hərbi cəhətdən burda at oynamasına Rusiya heç razı olmaz.

Ona görə də Rusiyanın İranla anlaşması 2x2-dir. Əslində bu Rusiya üçün göydəndüşmə fürsətdir. İrana tam toxunulmazlıq təminatı verən Rusiya bu halda həm Azərbaycan sərhədlərini, həm də bütün Azərbaycan ərazisini hərbi nəzarətə götürə bilər. Hətta Rusiya İranın Azərbaycanda nisbi hərbi qüvvəsinə də göz yuma bilər.

Əsas məsələ İranla müharibə şəraitində ABŞ-ın hərbi cəhətdən Azərbaycanda yerləşməsinə imkan verməməkdir. Çünki belə vəziyyət Rusiya üçün fəlakətin o tərəfində olan bir situasiyadır və Putinin Rusiyası bütün Azərbaycanı oda versə də buna imkan verməz...

Azər QARAMANLI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar