Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya niyə erməniləri Azərbaycana göndərməkdə israr edir? - Burada hansı siyasi maraqlar var?

Politoloq: “Əgər hər hansı şəxs, o cümlədən Rusiya vətəndaşı olan ermənilər Azərbaycana buraxılmayıbsa, deməli Azərbaycan tərəfinin təhlükəsizlik tərəfindən bir əndişəsi olub ki, onlar buraxılmayıb”

“Onların buraya gəlməyə canfəşanlıq göstərməyinin özü şübhəlidir. Rusiyanın bunu təkidlə gündəmə gətirməsi də şübhəlidir. Onsuz da Bakıda 30 min erməni yaşayır, bizim borcumuz deyil ki, dayanmadan erməni idxal edək”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Rusiyanın israrla ermənilərin Bakıya gəlişini rəsmiləşdirmək üçün etdiyi cəhdlərini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycana səfər etmək niyyətində olan Rusiya vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir: “Azərbaycanın Sərhəd Xidməti Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini əsas gətirərək erməni milliyyətinə mənsub olduğu birbaşa və ya dolayısı ilə bilinən şəxsləri – vətəndaşlığından asılı olmayaraq – ölkəyə buraxmaqdan imtina edir. Bu, həmin şəxslərin təhlükəsizliyini təmin etməyin mümkünsüzlüyü ilə əsaslandırılır.

Rusiya tərəfi Rusiya Federasiyası vətəndaşlarını etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoymağın yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə müraciət etsə də, bu müraciətlərə etinasız yanaşılır. Qeyd olunan vəziyyəti nəzərə alaraq Azərbaycana səfər etməyi planlaşdıran Rusiya vətəndaşlarına mümkün riskləri dərindən götür-qoy etməyi təkidlə tövsiyə edirik”.

Xatırladaq ki, bu il yanvarın 11-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından gileylənib: “Bu tip insidentlər geridə qoyduğumuz son bayram günlərində qeydə alınıb. Əvvəllər də belə hallar olub. Biz bu məsələni Azərbaycan tərəfi qarşısında qaldırmışıq, bildirmişik ki, bu, düzgün olmayan, pis ənənəyə çevrilib”.

Rəsmi Moskvanın sözçüsü 2018-ci ildə Rusiya vətəndaşlarının etnik mənşəyinə görə Azərbaycana buraxılmaması yönündə ən azı 16 halın qeydə alındığını vurğulayıb: “Rusiya vətəndaşları aeroportda saatlarla saxlanıb, sonra zorla ölkədən çıxarılıb, bunun rəsmi səbəbi isə bildirilməyib. Bu faktlar Rusiya vətəndaşlarının haqlarının kobud surətdə pozulmasıdır. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə belə halların qəbuledilməz olduğunu Azərbaycan tərəfinin diqqətinə çatdırıb. Biz vətəndaşları saxlamaq və ölkədən çıxarmaq təcrübəsinə son qoymağı tələb etmişik. Bu cür hallar iki ölkə arasında dostluq münasibətləri ilə bir araya sığmır. Azərbaycan rəhbərliyindən vəziyyətin düzələcəyi vədi almışıq. Buna çox ümid edirik”.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın irada cavabı belə olub: “Rusiya Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır. Bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, bir milyondan çox insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin 26 fevral 1992-ci ildə törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu ildə qəbul etdiyi 4 qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmin qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur.

Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır, Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir.

Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda Azərbaycanda rus dilində 340-dan çox tədris müəssisəsi var. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar.

Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar bir dəfə də olsun qeyd edilən məsələlərlə bağlı şikayət etməyib. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb.

İlk dəfə deyil Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxararaq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir”.

Rəsmi Bakının sözçüsü Mariya Zaxarovanın “Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcək” ifadəsini qətiyyətlə təkzib edib:

Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.

Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək. Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, AzərbaycanRusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir”.

Yanvarın 18-də isə Rusiyanın Xarici İşlər Nazirliyi yenidən Azərbaycanı qınayıb. Kütləvi informasiya vasitələri üçün verilən rəsmi açıqlamada bir daha bəzi Rusiya vətəndaşlarının Azərbaycana səfərinə əngəllər törədildiyi vurğulanıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın bu iradına da cavab verdi.

Rusiyanın israrla ermənilərin Bakıya gəlişini rəsmiləşdirmək üçün etdiyi bu cəhdlərin arxasında hansı siyasi maraqlar durur və Rusiyanın Azərbaycana qarşı dostcasına olmayan bu tələbi reallaşarsa, Azərbaycan-Ermənistan münasibətlərində hansı proseslərə start verilə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Dilqəm Əsgərov da Rusiya vətəndaşdır, əsassız olaraq girovluqda saxlanılır. Rusiya nə üçün bununla bağlı bir bəyanat vermir?”.

Erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana gəlməyə canfəşanlıq göstərməyinin özünün şübhəli olduğunu vurğulayan politoloq əlavə edib ki, Rusiyanın bunu təkidlə gündəmə gətirməsi də şübhəlidir:

Azərbaycan müstəqil dövlətdir, xarici vətəndaşların ölkəyə girişinə icazə məsələsi bizim öz daxili işimizdir. Əgər hər hansı şəxs, o cümlədən Rusiya vətəndaşı olan ermənilər Azərbaycana buraxılmayıbsa, deməli Azərbaycan tərəfinin təhlükəsizlik tərəfindən bir əndişəsi olub ki, onlar buraxılmayıb. Azərbaycanda dəfələrlə ermənilər tərəfindən terror gerçəkləşdirilib.

O da mümkündür ki, Ermənistan xüsusi xidmətinin agenti olan ermənilər məqsədli şəkildə Rusiya vətəndaşlığı alıb Azərbaycana daxil olmaq istəsin. Yaxud Rusiya vətəndaşı olan ermənilərin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin agenti olaraq Azərbaycana göndərilməsi tamamilə mümkündür.

Nəzakət Məmmədova: “Mümkündür ki, Ermənistan xüsusi xidmətinin agenti olan ermənilər məqsədli şəkildə Rusiya vətəndaşlığı alıb Azərbaycana daxil olmaq istəsin”.

Başqa bir tərəfdən Dilqəm Əsgərov da Rusiya vətəndaşdır, əsassız olaraq girovluqda saxlanılır. Rusiya nə üçün bununla bağlı bir bəyanat vermir?!Siz indiyədək Rusiya vətəndaşı olan azərbaycanlının Ermənistana sərbəst buraxılması barədə nəsə eşitmisiniz?! Ümumiyyətlə, bu Rusiyadakı ermənilər niyə Azərbaycana maraq göstərir, bura gəlməyə can atırlar?!

Onların buraya gəlməyə canfəşanlıq göstərməyinin özü şübhəlidir. Rusiyanın bunu təkidlə gündəmə gətirməsi də şübhəlidir. Onsuz da Bakıda 30 min erməni yaşayır, bizim borcumuz deyil ki, dayanmadan erməni idxal edək. Bir atalar sözü var: “Mazandaranda çaqqal az idi, biri də gəmi ilə gəldi”. Rusiyanın davamlı israrı bu məsələ oxşayır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar