ABŞ-da “Boeing 737 MAX 8” və “MAX 9” tipli sərnişin təyyarələrinin uçuşları dayandırılıb
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, hazırda havada olan təyyarələrin istismarı yerə endikdən sonra dayandırılacaq.
Qeyd edək ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar.
pia.az