Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərə yağlarına hansı maddələr qatılır?

İndiyədək Azərbaycanda ən keyfiyyətli yağlardan biri hesab olunan "Westgold” kərə yağlarına son 1 aydır mənşəyi bəlli olmayan qatqılar qatılır

Bu barədə Demokrat.az saytına məlumat verən şikayətçi bildirib ki, son zamanlar xüsusilə də "Bravo” və "Bazarstore” mağazalar şəbəkəsində satılan yağların tərkibinə xüsusi qatqılar əlavə edilir ki, bu da məhsuldan üfunət qoxusunun gəlməsinə səbəb olur:

"Bu yağdan istifadə edən zaman yağdan gələn pis qoxulardan mətbəxdə dayanmaq olmur. Xüsusilə də "Bravo” və "Bazarstore” marketlər şəbəkələrində satılan bu yağların hamısında tərkibi eyni cürdür. Hətta, "Bazarstore” şəbəkəsinin metronun "Qara Qarayev” stansiyası yaxınlığında yerləşən mağazasında satıcılara da bu barədə məlumatlar verilib. Market əməkdaşları isə yağlardan bu cür pis qoxu gəlməsinin səbəbini bilmədiklərini deyirlər”.

Həmçinin məlumatda bildirilir ki, məsələnin araşdırılması üçün aidiyyatı qurumlara da müraciət edilib.

Bizimyol.info olaraq məsələni araşdırmaq üçün adıçəkilən "Bravo” marketlər şəbəkəsinə, eləcə də adıçəkilən "Bazarstore” mağazalar şəbəkəsinə, "Azərsun” holdinqə informasiya sorğusu göndərilsə də vətəndaşın iddiaları ilə bağlı heç bir cavab verilməyib. Eyni zamanda Qida Təhlükəsizlik Agentliyinə sorğu göndərilsə də, sorğuya cavab verilməyib.

"Westgold” kərə yağının istehsalçısı olan "West product marketing” şirkətinin satış meneceri Bizimyol.info-ya açıqlamasında bunun mümkünsüz olduğunu və şirkətin məhsullarının xüsusi sertifikatları olduğunu bildirdi:

"Məhsullarımız yüksək keyfiyyət göstəricilərinə görə bütün beynəlxalq standartlara cavab verir. "HALAL” və "KOSHER” sertifikatları mövcuddur. Belə halların aşkarlanması mümkünsüzdür. Daha ətraflı məlumatı isə fakt konkret olaraq araşdırılandan sonra verə bilərik”.

pia.az


Etiket: Kərə yağı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar