Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Azərbaycan xalqı ilə nə danışmaq istəyir?

"Ermənistan Baş naziri Nikol Paşinyan təzadlı açıqlamaları ilə diplomatik səviyyədə nə qədər naşı olduğunu göstərir"

Bunu Teleqraf.com-a politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan bir müddət əvvəl Dağlıq Qarabağ danışıqlarında format məsələsini ortaya atmaqla həm məsuliyyətdən yayınmağa, həm də vaxt qazanmağa çalışdı:

“Hesab edirəm ki, “Azərbaycan xalqı ilə danışmağa hazıram” açıqlaması da növbəti dəfə baş qatmağa və zaman qazanmağa yönəlikdir. Amma zənnimcə, Paşinyana bir daha başa salmaq lazımdır ki, Azərbaycan xalqı heç bir nəticəsi olmayan görüşlərə nəinki marağı, heç dözümü də yoxdur. Bu, birmənalı şəkildə onun diqqətinə çatdırılmalıdır. Çünki Paşinyan xalqın istəyi ilə hakimiyyətə gəlsə də, nəzərə almaq lazımdır ki, o, tipik ermənidir. Habelə o da ermənilərin qondarma iddialarından kənar başqa vəzifə icra etmir.

Düşünürəm ki, Ermənistana başa düşə biləcəyi dildə cavab vermək lazımdır. Bu da hərbi dildir. Paşinyan nə qədər boğazdan yuxarı populist fikirlər səsləndirsə də, bütün zamanlarda Azərbaycan ordusunun qüdrətini görməlidir. Yalnız bu halda Paşinyan bu cür absurd fikirlərdən imtina edə bilər. Çünki Paşinyanın Azərbaycan xalqına deyə biləcəyi sözü yoxdur”.

Natiq Miri qeyd edib ki, XVIII əsrdə qaraçılar kimi sürgün edilən ermənilərə sahib çıxan da Azərbaycan dövləti və xalqı oldu:

“Amma ermənilər onlara çörək verən Azərbaycan xalqına qarşı hansısa güclərin əllərində geosiyasi alətə çevrildilər. Ermənilərin bu xainliyinə görə Azərbaycan xalqının torpaqları işğal edildi. Bu, XX əsrdə də belə olub, bu gün də bu işğal davam edir. Buna görə də, Azərbaycanın xain ermənilərə deyə biləcəyi bir sözü var: “ordunuz cəhənnəm olub bu ərazilərdən çıxmalıdır”. Paşinyanın Azərbaycan xalqına deyə biləcəyi və Azərbaycan xalqının da ondan eşidə biləcəyi bir söz yoxdur”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan xalqı ilə danışmağa hazır olduğunu bildirib. Bu barədə o, özünün Tvitter səhifəsində yazıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar