Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: “İmkanım yoxdur, mənə havayı geyim versələr...”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin 13 manatlıq kostyum geyindiyini deməsi, bir neçə yerdən cırılıb, daha sonra yamandığını bildirərək, ayaqqabısını efirdə göstərməsi böyük marağa səbəb oldu

Hafiz Hacıyevin bu barədə Axar.az-a verdiyi daha ətraflı müsahibəni təqdim edirik:

- Hafiz müəllim, dünən Müsavat.com-un canlı yayımında geyimləriniz, cırıq ayaqqabınızla bağlı dedikləriniz ciddi müzakirəyə çevrilib. Həqiqətən “ikinci əl” geyimlər geyinirsiniz?

- Mən həmişə həqiqəti deyirəm. Hafiz Hacıyev heç vaxt yalan söz deməyib. Dünən dediklərim də hamısı həqiqətdir. Orada da dediyim kimi, mən özümə həmişə geyinilmiş paltarlar alıram. Almaniyadan Azərbaycana işlənmiş, ikinci, üçüncü əl geyimlər gətirirlər. Həmin geyimlər kilo ilə satılır. Mənim pulumun səviyyəsi də o qədər deyil ki, gedib başqaları kimi 300 manatlıq kostyum geyinim. Belə geyimləri Azərbaycanın əleyhinə xaricdə təbliğat aparan insanlar geyinə bilər.

- Yəni Hafiz Hacıyevin yeni, geyinilməmiş geyimi, yeni ayaqqabısı yoxdur?

- Hafiz Hacıyevin pulu haradandır ki, yeni geyim ala bilsin özünə? Mənim geyimlərin 10, 15, 20 manatdan yuxarı olmur.

- Hafiz müəllim, sirr deyilsə, imkanı olmayanlar üçün deyə bilərsinizmi hansı mağazalardan alırsız bu geyimləri?

- Bakının əksər yerlərində ikinci əl geyimlər satılır. Mən geyimlərimi adətən oradan alıram. Müasir Müsavat Partiyasının yerləşdiyi Azadlıq prospekti 189 ünvanında da ikinci əl geyimlər satılan mağaza var. Almaniyadan gətirilib kilo ilə satırlar. Düz binanın tinindədir. “20 Yanvar” metrosunun yaxınlığında da ikinci əl geyimlər satılan yer var ki, tez-tez oradan geyimlər alıram.

- Özünüz alırsız geyimlərinizi, ya kimsə alır sizin üçün? Yəni, baxmayın da, nə qədər olmasa, partiya sədrisiniz, tanınmış insansız, narahat olmursunuzmu elə yerlərdən geyim alarkən?

- Əsla narahat olmuram. Burada qəbahət, utanmalı bir şey yoxdur. Nəyim varsa, nəyi almağa imkanım çatırsa, onu da alıb geyinirəm. O mağazalara gedəndə satıcılar sevinir ki, Hafiz müəllim 20 manat verib bir kostyum alacaq, 10 manata bir ayaqqabı alacaq. Yəni mənim geyimlərin bu səviyyədədir. Geyimlərimi də özüm seçib alıram. Bütün satıcılar məni tanıyır.

- Belə çıxır ki, Hafiz Hacıyev çox qənaətcildir.

- Bu mənim qənaətcilliyim deyil, imkanımın aşağı olmasıdır. Pulum bunlara çatdığı üçün belə geyimlər alıram.

- Hafiz müəllim, ən bahalı, rəsmi görüşlərə geyindiyiniz ən hörmətli, ən izzətli kostyumunuzu neçəyə almısınız?

- Ən bahalı geyimim təxminən 50-60 manat olub. Bu da tək bir kostyumun qiyməti deyil ha. Əynimdəki ümumi paltarların qiyməti 50-60 manat olub - kostyum, köynək, ayaqqabı, gödəkcə...

- Yəni 50 manata bütün bunların hamısı?...

- Əlbəttə! Hazırda geyindiyim, əynimdə olan gödəkcəni ikinci əldən cəmi 12 manat 70 qəpiyə almışam. Mən də nazir olmuşam, tonlarla kürünü dünya bazarına çıxarmışam. Ancaq mən xalqıma olan sevgimdən o pulun qəpiyinə də əl dəyməmişəm.

- İndi də əlinizdə o imkan olsaydı, o tonlarla kürünün bir qaşığına da dəyməzdiniz?

- Əlbəttə yox. İndikilər bəlkə də buna ağılsızlıq deyər. Ancaq mən xalqımın malına göz dikməmişəm heç vaxt.

- Maraqlıdır, ayaqqabılarınızı yamayan kimdir?

- Ayaqqabılarımın cırığını tikdirdiyim xüsusi pinəçi var. Nərimanov rayonunda hərbiçilərin qaldığı binanın sol tərəfində uzun illərin bir pinəçisi var. Çox işgüzar insandır və həddən artıq peşəkardır. Mən artıq uzun illərdir ki, ayaqqabılarımı ona yamatdırıram. Dünən canlı yayıma da gedərkən geyindiyim ayaqqabımın kənarları cırıldığı zaman ona tikdirmişdim.

- Bizdə “başqasının ayaqqabısını geyinmək” və “yerimək” məsəli də var. Siz həmişə kiminsə ayaqqabısını geyinirsiniz?

- Mən özümə yeni ayaqqabı almıram, ala bilmirəm. İşlənmiş, geyinilmiş, ikinci əl ayaqqabılar geyinirəm. Cırığı, söküyü olanda da pinəçiyə verib düzəltdirib, yenə cırılana qədər geyinirəm.

- Dünən canlı yayımda danışdıqlarınızdan sonra yəqin ki, bir çox mağaza sizə havayı geyim təklif edər...

- Etsələr, götürərəm. Ancaq canlı yayımda danışdıqlarımdan sonra dostlarım, tələbə yoldaşlarım, vaxtilə nazir işlədiyim dövrdə mənim işçim olan şəxslər 14-15 cüt ayaqqabı gətirdilər mənim üçün. Yəqin ki, hələ uzun müddət o ayaqqabıları geyinəcəm.

- Təxminən neçə ildən bir yeni geyim alırsız?

  • Mən ümumiyyətlə bir geyimi uzun müddət geyinirəm. 2-3 il geyindiyim geyimlərim var. Ehtiyac olmadıqca geyim almıram. Nə vaxt geyimim nimdaşlaşır, artıq geyinməyə yararsız olur, o zaman gedib ikinci əl geyimlər olan yerdən nisbətən təzə olanını alıram.

pia.az


Etiket: Hafiz Hacıyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar