Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Allahın ilk əmri “namaz qıl, oruc tut, Həccə get” deyil” - Video

Onun yazdığı "İslamda yoxdur" adlı kitabın çapına Azərbaycanda qadağa qoyulub

"Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT), yaxud İslam Konfransına daxil olan 57 ölkədə cəmi 500 universitet var. Bu 500 universitetin heç biri də dünyanın ən yaxşı universitetləri siyahısına düşmür. İndi təsəvvür edin ki, müsəlmanların vəziyyəti nə həddədir? Amma bu gün təkcə Amerika Birləşmiş Ştatlarında (ABŞ) 5700 universitet var. Bu, pislədiyimiz, bəzən "şeytan" adlandırdırIlan ölkə, oradakı elm dediyimiz anlayış, bu da İslamın ilk əmri "oxu!" olmasına baxmayaraq, müsəlmanların vəziyyəti. Müsəlman ölkələrində yaşayan 1.5 milyard müsəlmanın arasında 150 milyon qadının oxuma-yazma bilməməsi məlumdur. BMT-nin statistikasına görə, dünyada oxumağı yazmağı bacarmayanların azlığı müsəlman ölkələrinin payına düşür. Bu da onu göstərir ki, biz Qurandan uzağıq. Allahın ilk əmri "namaz qıl!", "Oruc tut!", "Həccə get" deyil, ilk əmri "Oxu, yaradan rəbbinin adı ilə Oxu"dur!".

PİA.AZ xəbər verir ki, bu fikirləri bizimyol.info saytına videomüsahibəsində ilhaiyyatçı Elşad Miri deyib. Onun yazdığı "İslamda yoxdur" adlı kitabın çapına Azərbaycanda qadağa qoyulub. Bununla bağlı məhkəmə müstəvisinə çıxan Elşad Miri bir neçə gün öncə ölkə rəhbərliyinə müraciət edib.

"Ölüyə Quran oxutmaq olmaz", "İslamda seyid anlayışı yoxdur " və s. kimi cəmiyyət tərəfindən birmənalı qarşılanmayan fikirlərin müəllifi olan Elşad Miriyə sözügedən kitabın qadağan edilmə səbəbləri, məhkəmədə baş verənlər, prezidentə müraciəti yaradan zərurət və digər məsələlərlə bağlı suallar ünvanladıq.

Videomüsahibəni təqdim edirik:

pia.az


Etiket: Elşad Miri

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar