Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İlham Əliyevin mesajı Moskvanı hərəkətə gətirib"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır

Aərbaycanın ABŞAvropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməsi, Brüssellə gözlənilən çərçivə sazişinin imzalanması fonunda Moskvanın ölkəmizə qarşı təzyiqlərini görürük. Ölkəmizin Kremlin planlarında yer almaması, KTMT və Avrasiya İttifaqına üzvülük məsələsini birdəfəlik gündəmdən çıxarması, milli maraqlara söykənən siyasətin bundan sonra yeni dünya nizamına uyğun həyata keçirilməsi barədə prezident İlham Əliyevin mesajı Moskvanı hərəkətə gətirib.

Qeyd edim ki, Rusiya ilə silah alışında fasilə yaranıb. Çünki, bu müqavilənin müəyyən bəndləri Rusiyanın şərtlərindən ibarətdir. Rusiya Azərbaycanın kifayət qədər silah arsenalında olan silahların yeni partiyasını satmaq istəyir. Haqlı olaraq rəsmi Bakı buna etiraz edir.

Ötən yazımda da qeyd etmişdim ki, son günlərdə cənubdan ölkəmizə qarşı təxribatlar məhz şimaldan qaynaqlanır. Rusiyanın Qazprom şirkəti ilə Gürcüstan arasında danışıqlarda müsbət yekunlaşdı. Bu, o deməkdir ki, Rusiya Azərbaycana təzyiq edərək müəyyən imtiyazlar qazanmaq istəyir. Qeyd edim ki, Azərbaycanın TANAP və TAP qaz boru kəməri Rusiyanın Avropanın qaz bazarında alternatividi. Birtərəfdən Rusiyanın "Şimal-2" qaz kəmərinə sanksiyalar gündəmə gəlib.

Moskvanın ölkəmizə qarşı bu cəhdləri uğursuz olacaq. Türkiyə və ABŞ mütləq şəkildə Rusiyanın ölkəmizə qarşı təzyiqlərini cilovlayacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar