Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyadakı böyük toqquşmalar - Baş rolda kim var...

Toqquşan qüvvələr Türkiyənin etdiyi hər şeyi təəccüblə izləyir…

Ərgün Dilər,
“Takvim” qəzeti, Türkiyə, 12 mart 2019-cu il

Qaranlıq otaqlarda, dəhlizlərdə, sarayların görünməyən yerlərində önəmli görüşlər keçirilir, təhdidlər, xəbərdarlıqlar edilir! Kimin kimə gücü çatırsa...

Mən dünyadakı böyük toqquşmanı izah etmək istəyirəm. Tərəflərin kəskin addımlarını paylaşmağa çalışıram. Və diqqəti ölkələrdəki adamlar üzərində yaradılmış iqlimə yönəltmək istəyirəm.

Pentaqonu, Rotşildi, Bekinhem Sarayını gündəlik məlumatlarla bəzəyib, bu üçbucaqdakı tıxacı bura gətirirəm.

Bu tıxacda önəmli aktyorlar var!

Biri Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmandır. Bəlkə də, yaxın günlərdə atasını əvəz edib kral olacaq!

İtaliyaya və Türkiyəyə gələk...

Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Adil əl Cübeyr Avropa Birliyində önəmli görüşlər keçirib. Şəxsən vəliəhd şahzadə Salman tərəfindən vəzifələndirilən Cübeyr Avropa Birliyinə tarixi bir təklif göndərib. Cübeyr deyib: “Başda terrorla mübarizə məsələsi olmaqla, biz Ərəbistanda ikili müqavilələrdə PESCO-nun (Avropa Ordusu) tərəfdarıyıq. Avropa Ordusu bizim üçün vacibdir. Uzun illər davam edəcək müqavilə üçün biz hazırıq”. Bu, normal şərtlər daxilində deyiləcək söz deyil.

Şəxsən şahzadə Salmanın adamı Avropaya gedir və qurulmamış PESCO-nu, yəni Avropa Ordusunu öz ölkəsində görmək istəyir! Əməkdaşlıq tələb edir! Puldusa pul verək deyir! Heç normal deyil...

İndi bu təklif nə mənaya gəlir?

Ordusunun bütün sursatlarını ABŞ-dan alan, ölkəsində yüzlərlə ABŞ əsgəri saxlayan şahzadə bunu niyə edir?

Görünür, bu Səudiyyənin ABŞ tərəfindən rəsmən işğal edilməsi üçün şərtlətr formalaşdıracaq! ABŞ Səudiyyənin bu addımına mütləq bir cavab verəcək.

Avropa Ordusu hələ qurulmayıb. Qurulma mərhələsi tamamlanana qədər keçən müddətdə Səudiyyə Ərəbistanının bu addımı ağır bir cəza ilə nəticələnəcək.

Qurulmamış bir ordu ilə yaxınlıq istəmək diplomatiyaya sığan bir addım deyil. AMARCO bu qədər gündəmdə ikən bu həmlə bəlli ki, yaxın zamanda Ərəbistanda işlər çox qarışacağının göstəricisidir...

Səudiyyə Ərəbistanı, daha doğrusu, şahzadə Salman israrla Vaşinqtona qarşı addımlar atmağa başlayıb. Bu, həqiqətən də gözlənilməz oldu. Vaşinqton da bundan təəccüblənib və bu durumu başa düşə bilmir. Cübeyr Ərəbistanda şahzadə Salmandan sonra ən dərin şəxsdir. Təyin edilən səfirlərə şahzadədən əvvəl o qərar verir.

Dərin Amerika ilə illərlə işləyən, hətta ABŞ-da səfir olduğu dönəmlərdə İngiltərənin də diqqətini çəkən Cübeyrin bu mövqeyi dünyadakı qaydaları da dəyişdirəcək. Cübeyr 1984-də Vaşinqtondakı Corctaun Universitetinin beynəlxalq münasibətlər fakültəsində magistratura oxuyub. Bu universitet MKİ üçün çox önəmlidir.

Ana dili ərəb dili olmaqla yanaşı, yaxşı səviyyədə ingiliscə və almanca bilir.

Bəs bütün bunlar nəyi bildirir?

Orta Şərq həmişə qaynayır və dünya həmişə Orta Şərqdən formalaşıb.

İndi də eynisi olacaq. Ancaq Orta Şərqdə başlayacaq yanğından əvvəl Afrika qarışmalıdır. Sudanda etirazlar başlayıb. Sudan Prezidenti Bəşiri küncə sıxmaq istəyən ABŞ ciddi şəkildə təzyiqlərini artırır. Çünki Sudan strateji mövqeyinə görə Orta Şərqdəki yanğının daha güclü alovlanmasına şərait yaradacaq. Sudan Qırmızı dənizdə ən uzun sahili olan ölkədir. Afrikanın təhlükəsizliyi, bəlkə də, Sudandan başlayır. Qarışıqlıq və vətəndaş müharibəsi yaşayacaq olan Sudan Afrikanın da təhlükəli bölgə olmasını təmin edəcək ki, bu da Vaşinqtonun da ən önəmli planlarından biridir. Çünki ABŞ Fransanın Afrika elitaları üzərindəki gücünü xaosla bitirmək istəyir. Bu səbəblə, Sudan qarışıb. Sudan haqqında bu planlar hazırlanarkən bəs Ankara nə etdi? Xatırlayan varmı? Bəli! Sevakin adasını aldıq və ondan istifadə edəcəyik.

Hərbi baza quracağıq, donanmamızı işlədəcəyik...

Sudan qarışdırılmadan öncə, Türkiyə getdi və ortaya böyük bir məntiq nümunəsi qoyaraq işini ehtiyatda tutdu. Sevakini özümüzə bağlayıb, Afrika yanğınına nəzarət etmək istəyirik. Daha da önəmlisi budur ki, bu yanğının bizə qədər gəlib çatmasının qarşısını aldıq. Ankara Misirdə Sisi ilə iş birliyi edən qüvvələrin oyununu pozmaq üçün orada bayraq göstərmək qərarı alıb.

Demək istədiyim də elə bu idi. İqtisadi hücumlardan, məngənələrdən bunlara növbə gəlmir.

Türkiyə 4 cəbhədə mübarizə aparmağa məcburdur. Digər tərəfdən, öz sabitliyi və təhlükəsizliyi üçün Çinin Venesuelaya getməsi kimi və ABŞ-ın Əfqanıstana girməsi kimi sərhədlərini Sevakin adasına qədər uzadır.

Məqsəd problemin kökünü həll etməkdir.

Somali addımımız da belə idi.

Qırmızı dənizin başlanğıcında hər kəsin etimad etdiyi türk qüvvələrini saxlamaq, orada bayraq dalğalandırmaq oyunun içində olduğumuzu göstərir.

Bəziləri bunu anlamırdı. Amma reallıq kimin nə başa düşməsi ilə bağlı deyildi. Türk dövləti qurulacaq yeni masada yer istəyir. Bunu da ağlından, gücündən istifadə edib yanğının yüksələcəyi Afrikada atdığı addımlarla dəqiqləşdirir!

Qətərdə, Suriyada, Sevakində biz varıq...

Toqquşan qüvvələr bizim etdiyimiz hər şeyi təəccüblə izləyir.

Bu səbəbdən, “Bizsiz mümkün deyil” deyirəm... İsrail də öz oyununu qurmaq üçün Aqaba körfəzində Süveyşə alternativ bir kanal çəkmək və bu kanalın geosiyasi imkanlarından yararlanmaq istəyir! Hər kəs öz gündəmi ilə öz gələcəyi üçün çalışır! Təl-Əviv Eylat limanından Aşkelon limanına kanal açaraq neft daşınan dəhliz yaratmaq və bununla da oyunun mərkəzində olmaq iddiasındadır! Hətta, bu kanalın 14 milyard dollara başa gələcəyi deyilir. Həmçinin, bu layihəni çinlilərin inşa edəcəyi də çoxdan gündəmə gəlib.

Süveyşin belə alternativi düşünülərkən Sevakin və türk addımı çox mənalı və vacibdir...

Həmçinin, Sudan lideri Sevakin adasını bizə əmanət etdiyi üçün ABŞ-ın hədəfi halına gəlib.

Hətta biriləri Sudan dövlət rəhbəri Bəşirə hücum etmişdi.

Türkiyə belə bir ölkədir! Yadları tanıyıb, tədbir almağı bacarır. Önləm alır. Bəşir onu devirmək istəyənlərə “2020-də seçkilər olacaq. Ona hazırlaşın” deyərək çağırış etdi...

Türkiyə bu qədər problemə baxmayaraq, ona dost kimi yanaşmayanlardan daha irəlidədir... Məntiqlə, tarixin verdiyi güclə və inancla addımlayır. Çətinliklər olsa da, Qırmızı dənizdə - Afrikanın bağrında oyun yaradır, “neft xəttində “mən də varam” deyir və bunu ən güclü müsəlman ölkəsi kimi edir...

Yaxın zamanda Sevakinin önəmini anlamayanlar yaxşıca başa düşərlər!

Türkiyə və türklər olmadan kuklalarla nəticə almaq mümkün deyil! Son təhlildə baş roldakı qalib gəlir!

Bəs İtaliya? Xeyr, yadımdan çıxmayıb. Yaxın zamanda ora da qarışacaq. Az qalıb!

Qeyd: Sevakin adasına yaxşı baxın! Xəritəni açıb yaxınlaşdırın. Oranı tapıb türkün gücünün necə etibarlı bir yerdə olacağını görün! Ora boş yerə Sevakin deyil.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar