Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai nəqliyyatda mobil ödənişlər tətbiq olunacaq

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” bu ilin sonunadək mobil ödəniş sisteminin tətbiqini planlaşdırır

Bu barədə ONA-ya şirkətin prezidenti Vahid Mürsəliyev məlumat verib.

Bu növ ödənişin ictimai nəqliyyatda mümkün olub-olmadığına gəldikdə, şirkət rəhbəri qeyd edib ki, bu məsələ nəqliyyat sisteminin texniki hazırlığından asılı olacaq.

“Biz bu xidməti təqdim edəcəyik. Kim ona hazır olacaqsa, o da tətbiq edəcək. Yəqin, gələcəkdə bu növ ödənişlər ictimai nəqliyyatda da mümkün olacaq. Ümumiyyətlə, gələcəkdə bütün xidmətlər, o cümlədən nəqliyyatda da olan xidmətlər rəqəmsallaşdırılacaq”, - deyə V. Mürsəliyev bildirib.

Şirkətin əsas planları barədə danışan V. Mürsəliyev onu da qeyd edib ki, hazırda gündəlikdə duran vacib məsələ şirkətin rebrendinqidir və bu prosesin icrası cari il ərzində həyata keçiriləcəyi nəzərdə tutulub.

“Bu il nəzərdə tutulan digər əsas məqam 4G şəbəkəmizi genişləndirməkdir ki, bu istiqamətdə də hazırda olduqca ciddi işlər aparılır. Müəyyən nəticələr artıq ciddi şəkildə hiss edilməkdədir. Yaxın zamanlarda 4G şəbəkəmiz nəinki BakıAbşeron yarımadasını, eləcə də bütün ölkə ərazisini tam əhatə edəcək. Sözügedən işlərin icrasına lazım olan investisiyalar ayrılacaq”, - deyə şirkətin prezidenti əlavə edib.

pia.az


Etiket: Mobil ödəniş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar