Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qohum olmayan şəxslər də donor ola biləcəklər

Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni hazırlanan qanun layihəsində qohum olmayan şəxslərin də donor ola bilməsi təklif edilir

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.

O bildirib ki, insan orqanlarının transplantasiyası ilə bağlı hazırlanan yeni qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir: "Qanun layihəsində donorların, resipiyentlərin reyestrinin aparılması, eyni zamanda, resipiyentlərin gözləmə vərəqəsinin olması nəzərdə tutulur ki, bu gözləmənin elektron qaydada aparılması təklif edilir".

M.Quliyev əlavə edib ki, layihədə canlı donorlardan orqanların götürülməsi məsələsi öz əksini tapıb: "Resipiyentlər qohum ola bilərmi, yaxud qohum olmamalıdırlar? İndiki qanunvericlikdə yalnız qohumlardan donorluğa icazə verilir. Amma dünya təcrübəsində kiminsə könüllü şəkildə donor olmasına icazə verilir. Biz buna görə hüquqi maneə törətməməliyik. Ona görə də hesab edirik ki, resipiyent qohum ola da bilər, olmaya da".

Komitənin sədr müavini qeyd edib ki, şəxs sağlığında orqanlarının transplantasiya üçün istifadəsinə icazə verirsə, o, dünyasını dəyişdikdən sonra qohumlardan icazə almadan, bu icazə olmadıqda isə onun yaxınlarının icazəsi ilə transplantasiya icra edilə bilər: "Meyitdən orqan nəqlinə olduqca ehtiyatlı yanaşmaq lazımdır".

Deputat deyib ki, icbari tibbi sığorta paketinə də orqan transplantasiyası xidmətinin ya tam şəkildə, ya da onun xərclərinin müəyyən hissəsinin daxil olması nəzərdə tutulur: "Azərbaycanda insan orqanlarının alqı-satqısı və reklamı qadağandır".(trend)

pia.az


Etiket: donorlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar