Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Türkiyə münasibətlərində asılılıq sindromu - Vaşinqton nədən narahatdır?

Əslində, bütün sualların cavabı Türkiyənin müstəqillik yönündəki addımlarının içindədir

Vedat Bilgin,
“Akşam” qəzeti, Türkiyə, 11 mart 2019-cu il

Bəziləri ABŞ-ın narahat olduğunu və Vaşinqtonla Ankaranın münasibətlərin bu günkü vəziyyətə gətirilməməli olduğunu demək istəyir. Əslində, demək istədikləri, lakin açıq şəkildə deməkdən çəkindikləri şeyi və qarışıq cümlələrini analiz etmədən də başa düşmək mümkündür.

ABŞ-la olan münasibətlər niyə bu vəziyyətə gəlib? Türkiyə ABŞ-la olan münasibətlərini qarşılıqlı hörmət və xalqların birgə maraqları üzərində davam etdirmək istədiyini müxtəlif yollarla bildirməklə qalmayıb, həm də “Soyuq Savaş”ın, yəni yaxın tarixin hər dönəmində də faktiki olaraq beynəlxalq münasibətlərdə ortaya qoymaqda tərəddüd etməyib. Bəs buna baxmayaraq, son günlərdə ABŞ-la yaranan problemlərdə Türkiyəni günahkar kimi göstərmək təkcə ucuz bir müxalifət səbəbi deyilsə, bəs nədir?

ABŞ nə istəyir?

Əslində, məsələ çox da qarışıq deyil. Vəziyyətin təkcə xaricdə deyil, daxildə də narahatlığa səbəb olduğunu göstərən bir çox nümunə var. Demək olar ki, “Soyuq Savaş”dan bu yana ABŞ siyasətinə daxil edilmiş bir xarici siyasətə dəyişiklik etmək təkcə ABŞ-ın Pentaqonunu, MKİ-sını və ya Ağ Evini deyil, həm də onlardan asılılığı olan, mənfəət münasibətləri qurmuş və ən əsası da öz ölkələri üçün bu asılılıq münasibətinin xaricində bir həyat tərzinin mümkün olmadığını düşünənləri də narahat edir.

Narahat olan kadrlar arasında xarici siyasəti, beynəlxalq münasibətləri bilməyən və ya bu məsələlərlə birbaşa olaraq əlaqəli olmayanları anlamaq mümkündür, lakin burada siyasətlə məşğul olan, müxalif partiya, jurnalist, yazıçı və s. şəxsləri görmək olduqca maraqlıdır. ABŞ tərəfkeşlərinin bu şəkildə ortaya çıxmasını bu ölkənin müxtəlif servislərinin işi kimi görmək mümkündür, lakin ən önəmlisi odur ki, bu vəziyyət NATO qərargahının fərasəti ilə əlaqələndirilməlidir.

Geri dönüş yoxdur

Bu gün başda ABŞ iqtidarının görkəmli şəxsləri olmaqla, bütün dünyanın danışdığı, lakin dözüm göstərə bilmədiyi məsələ odur ki, Türkiyə asılılıq münasibətlərini ləğv edib, öz qərarı ilə xarici siyasətini azad şəkildə aparmaq istəyir. Bu, təsadüfən alınmış bir qərar deyil. Dünya sisteminin böhran içində olduğu indiki zamanda Qərbin Orta Şərq xəritəsini dəyişdirmək cəhdinə qarşı köhnə siyasəti müdafiə etmək, asılılıq münasibətlərinin davam etməsini istəmək, nəticələrə razı olmaqdır. Qısası, Türkiyə müstəqillik yolunda qərarlı şəkildə davam edərkən, eyni zamanda Qərbin parçalanma layihəsinə də yox demiş olur.

Burada verilməli olan bir neçə vacib sual var. Bunlardan biri odur ki, Türkiyə bu “davamlılıq” məsələsini niyə bu qədər çox müzakirə edir? Digər sual isə: ABŞ S-400-ləri niyə bu qədər problem edir? Daha vacib sual isə odur ki, Türkiyə bu yolda davam edə bilərmi?

Əslində, bütün sualların cavabı Türkiyənin müstəqillik yönündəki addımlarının içindədir: Bir dövr bitmiş, Qərblə qurulan asılılıq münasibətləri tarixə qovuşmuşdur. Türkiyə müstəqillik yolu ilə gedəcək.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar