Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalist, sanksiya tərəfdarının xanımı - İran tarixində ən böyük talan

Ruhullah Fəqihi

“Əl-Monitor”, 11.03.2019

Ali lider Ayətullah Əli Xamnəinin vəzifəli şəxslərə xitabən korrupsiyanı aradan qaldırmaq çağırışından az sonra İran məhkəmə sistemi bəlkə də ölkə tarixində ən böyük (6,6 milyard avro – 7,4 milyard dollar) talan faktını araşdırdığını elan edib.

Son illərdə baş vermiş digər böyük mənimsəmə qalmaqallarına bənzər, məsələn, edamını gözləyən iş adamı Babək Zəncani ilə əlaqəli dosye kimi, hazırkı araşdırma ABŞ prezidenti Barak Obamanın tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün “qara sxemlər”lə bağlıdır.

İttihamnaməyə əsasən, neft-kimya şirkətlərinin bir çox idarəçiləri və idarə heyəti üzvləri sabiq prezident Mahmud Əhmədinejad iqtidarının son illərini (2010-13-cü) əhatə edən maliyyə cinayətlərində təqsirli bilinirlər. Əsas şübhəlilərdən on biri həbsdədir, digər üç nəfər xaricdədir və qiyabi mühakimə olunacaqlar.

Sanksiyalardan yayınmaqdan ötrü şübhəlilər neft-kimya mallarını İrandan kənarda qurulmuş şirkətlərə satdıqlarını iddia edir. Şübhəlilər “İranın iqtisadi sistemini pozmaqda” günahlandırılırlar. Martın 7-də keçirilən məhkəmə iclasında ittihamçı deyib: “Neft nazirinin çoxsaylı məktublarına baxmayaraq, müttəhimlər xarici valyutanın bir hissəsini xəzinəyə ödəməyiblər”.

İranın tanınmış hüquqşünası Nemət Əhmədi “əl-Monitor”a deyib: “İş çox mürəkkəbdir… İran qanunlarına əsasən, ixracatçılar xarici valyuta gəlirlərini Mərkəzi Banka qaytarmalı və rial ekvivalentini almalı idilər”.

O əlavə edib: “Hazırda Mərkəzi Bankın bir sıra neft-kimya ixracatçıları ilə eyni problemi var”.

Həqiqətən, rial ABŞ sanksiyalarının yenidən qüvvəyə minməsi ilə məzənnədə ucuzlaşıb, bu dövrdə Ruhani administrasiyası neft-kimya ixracatçılarını sabit valyuta gəlirlərini ödətdirməyə çalışıb.

Hələ 2018-ci ilin sentyabr ayında Mərkəzi Bankın rəhbəri Əbdülnasir Himmati xəbərdar edib ki, belə tətbiqlər hökumət çətin durumda qoyacaq. Onun sözlərinə görə, neft ixracatçıları əvvəlki altı aylıq dövrdə NIMA (dövlətin təkrar xarici valyuta bazarı) vasitəsi ilə 27 milyard dollardan artıq məbləğdə sabit valyuta gəlirlərindən 3,8 milyard dolları bazarda satıb. Bir çoxu sözdə yarıdövlət sektoruna aid neft-kimya şirkətləri bu gəlirlərin 80%-ini əldə edib.

Səhmləri dövlət investisiya şirkətlərinə məxsus olan özəlləşdirilmiş müəssisələrin idarəçiliyi, adətən, hökumət, parlament və üçüncü şəxslərin lobbiçiliyi ilə təyin edilir. İran prezidenti Həsən Ruhani fevralın 25-də olduğu kimi, yarıdövlət sektorunu iqtisadiyyatın “ən pis növü” adlandırıb və “ona heç kimin nəzarətə cəsarət etmədiyini” söyləyib.

İran ictimai mediası və xəbər saytlarında hiddətin böyük hissəsi əsas şübhəlilərdən birinə yönəlib: Mərcan Şeyxülislami Al-e Ağa. Türkiyənin iki ticarət şirkətinin baş icraçı direktoru olan xanım Şeyxül-İslami İran Neft-Kimya Ticarət Şirkətinin (PCC) köhnə baş direktoru Rza Həmzəlunun “tərəfdaş”ıdır. Şübhəlilərin əksəriyyəti iddia edilən cinayətlər zamanı 2009-cu ildə özəlləşdiriliş PCC menecerləri olub.

Məhkəmə qeydlərinə əsasən, Şeyxülislami İran neft-kimya məhsullarının satışından qazancı ticarət şirkətlərinin hesablarına köçürüb və bu prosesdə təxminən 9 milyon dollar gəlir əldə edib.

Hələ 2017-ci ildə mühafizəkar “Bultan News” Şeyxülislaminin sanksiyalardan yayınmaq üçün İslam İnqilabı Keşikçilər Korpusunun (İİKK) “Xatəmül-Ənbiya” quruluşuna aid olan “Sepanir” neft-qaz şirkəti ilə müqavilə bağladığını iddia edib. Hesabatda daha sonralar xanım Al-e Ağanın “çoxlu pulla” Kanadaya qaçdığı iddia olunub.

Şeyxülislaminin əri Mehdi Xələci Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşıdır. Arvadının İİKK ilə əlaqəsi iddiasına görə uzun müddətdir sanksiya tərəfdarı olan Xələci də ictimai qınaq hədəfinə çevrilib.

Xanım Şeyxülislami əvvəllər islahatçı cinaha aid “Həmbəstegi” (“Həmrəylik”) qəzetinin əməkdaşı olub. 2000-ci illərin əvvəllərində o, Mədəni İrs Agentliyini qurub. Elə həmin ilin parlament seçkilərində və 2008-ci ildə əvvəlcə mühafizəkar, daha sonra islahatçı kimi namizədliyini irəli sürüb.

İndi onun mülkiyyət rekordları sosial media və xəbər saytlarında dolaşır: 2013 və 2017-ci illərdə Şeyxülislaminin Kanadada iki ev alması və 2016-cı ildə Vaşinqtonda 2.35 milyon dollarlıq bir ev satın aldığı bildirilir.

Türk ticarət şirkətlərinə əlavə olaraq, Şeyxülislami Kanadada və ABŞ-da bir neçə müəssisə qurub. Onlardan biri ABŞ-da yerləşən “İdeya İncəsənət və Mədəniyyət Mərkəzi”dir (Idea Center for Arts and Culture LLC, 2014-cü il). Həmçinin xanım “Qələmro” (“Ghalamro”) adlı bir farsdilli sayt və jurnalı maliyyələşdirib.

Redaktorlardan biri olan Məhəmməd İzadi “bu qalmaqalın şokedici və təəssüf doğurduğunu” yazaraq martın 9-da maliyyələşməni təsdiqləyib. “İdeya İncəsənət və Mədəniyyət Mərkəzi” isə 2017-ci ildə ləğv edilib.

Şeyxülislami bu günə qədər “BBC Fars”ın suallarını cavablandırmaqdan imtina edib. Lakin tənqid dalğasına təpki göstərərək, Xələci martın 9-da özü və xanımına “sui-qəsdi” qınayıb və İranda mühakimə olunmasının “qeyri-qanuni” olduğunu bəyan edib.

Bu vəziyyət daha da böyük ölçülərə malik ola və xanım Şeyxülislami sanksiyalardan yayınmaya görə Kanada və ABŞ-da mühakimə edilə bilər.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar