Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maaşını xeyriyyə fonduna bağışlayan Slovakiya lideri - Andrey Kiska

Mühəndis Andrey Kiska necə prezident oldu?

Slovakiya prezidenti Andrey Kiska 1963-cü ildə ölkənin şimalındakı Poprad şəhərində müəllim ailəsində dünyaya gəlib. Anası kimya-biologiya, atası fizika-riyaziyyat müəllimi olub. Gələcək prezidentin valideynləri özlərini dindar hesab etsələr də, Çexoslovakiya Kommunist Partiyasının üzvü idilər və partiyanın ideyalarına inanırdılar.

20 yaşına çatanda Andrey də partiyaya daxil olmaq istəyir. Lakin onda kommunistlərin öz mövqelərində səmimi olduqlarına dair tərəddüd yaranır. Özünün axtarışında olan gənc Qərb musiqisi dinləyir, bəzən buddizm, bəzən də sayentologiya ilə maraqlanırdı. Düzdür, siyasətə atılandan sonra Kiska sayentologiya ilə hər hansı bağlılığını inkar etmiş və ən çox “İncil”dən təsirləndiyini demişdi.

Kiska 1986-cı ildə Slovakiyanın Ali Texniki Məktəbini başa vurub və mühəndis-elektrotexnik diplomunu alıb. Lakin heç vaxt ixtisası üzrə işləməyib. Hərbi xidmətdən qayıdandan sonra Popradda dizayner kimi fəaliyyətə başlayıb.

Özünün dediyinə görə, “məxməri inqilabdan” dərhal sonra ABŞ-a müvvəqqəti immiqrasiyası onun üçün böyük təcrübə olub.

Birləşmiş Ştatlarda 18 ay yaşayan Kiska tikintidə və yanacaqdoldurma məntəqələrində işləyib. İş vaxtı bəzən həftədə 100 saatdan çox olub. Həmin vaxt Kiska artıq ailəli idi və övladı vardı. Lakin o, ailəsini vətəndə qoyub getmişdi.

Xaricdə işlədiyi müddətdə pul yığan Kiska ölkəsinə qayıdan kimi öz biznesini qurur. 1992-ci ildə məişət əşyalarının alınmasına kredit ayıran şirkət təsis edir. Bir müddət də qızıl və ev texnikası satışı ilə məşğul olur.

2014-cü ilin prezident seçkiləri kampaniyasında Kiska üçün ölkə boyu bir neçə min nəfər işləyirdi. Səsvermə ərəfəsi namizəd bəyan etmişdi ki, uğurlu adam nümunəsi yaratdığı üçün özünü prezident kürsüsünü tutmağa layiq biri hesab edir.

Kiska ictimai fəaliyyətə 2006-cı ildə başlayıb. Həmin il ağır xəstələrin yaxınlarına yardım məqsədilə “Mərhəmətli mələk” fondunu yaradıb. Fond qısa zamanda insanların inamını qazanıb. Artıq 2014-cü ildə fonda Slovakiyadan 170 min, Çexiyadan isə 60 min insan daimi ianə verirdi. A.Kiska özü prezident maaşını bu fonda bağışlayıb.

Prezident seçkilərinə qatılmaq barədə Kiska 2012-ci ildə qərar verib. Siyasətə maraq göstərməyən biznesmenin bu qərarı ölkə elitası üçün gözlənilməz olub. 2014-cü ildə müstəqil namizəd olacağını bəyan edib və ikinci turda rəqibinə – ölkənin o vaxtkı baş naziri Robert Fitsoya qalib gəlib.

Andrey Kiska iki dəfə ailə həyatı qurub. Birinci xanımı Meri özündən iki yaş böyük idi və onunla tələbə yataqxanasında tanış olmuşdu. 1983-cü ildə evlənən cütlüyün üç il sonra oğulları Andrey, daha dörd il sonra isə qızları Natalya dünyaya gəlib. Meri ev işlərinin də, elmi araşdırmalarının da öhdəsindən uğurla gəlirdi. Lakin 18 il davam edən ailə həyatı boşanma ilə bitib.

Maraqlıdır ki, Andreylə boşanandan sonra Meri siyasətlə məşğul olmağa qərar verib və hazırda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi istiqamətində aktiv faəliyyət göstərir.

2003-cü ildə Kiska özündən 12 yaş kiçik Martina Jivorova ilə evlənib. Kiska prezident seçiləndən sonra Martina ölkənin ən gənc birinci ledisi olub. Cütlüyün üç övladı var – Veronika, Viktor və Martina.

Martina rəsmi tədbirlərdə tez-tez ərini müşayiət edir. İctimaiyyət qarşısında çıxışlar edən birinci ledi ictimai fəaliyyətlə də məşğul olur. Kiska prezidentliyə namizəd olanda Martina “Mərhəmətli mələk” fondunun başına keçib.

İxtisasca mühəndis olan Martina ingilis, alman, ispan və rus dillərində sərbəst danışır. Kiska prezident seçiləndən sonra Martina əsas vaxtını ailəyə sərf edir.

«Uşaqların tərbiyəsi ən vacib işdir. Bu məsələdə Andreylə fikirlərimiz üst-üstə düşür”, – Martina müsahibələrinin birində deyib.

Yoqa ilə məşğul olan birinci ledi həftədə bir dəfə həyat yoldaşı ilə supermarketdən alış-veriş etdiklərini deyir.

Andrey Kiska siyasət və bizneslə yanaşı, kitab yazmaqla da məşğul olur. Həyatda və biznesdə uğur qazanmağın yollarından bəhs edən iki monoqrafiyası var. Monoqrafiyalarda Kiskanın öz tövsiyələri yer alıb.

Prezident Kiska ailəsi ilə vaxt keçirməyi çox sevir. Ötən il bəyan etmişdi ki, 2019-cu il seçkilərində namizəd olmaq fikri yoxdur. Siyasətdən yorulduğunu deyən prezident özünü uşaqlarının tərbiyəsinə həsr etməyi düşünür. Sosioloqlar isə hesab edir ki, xalq arasında böyük nüfuzu olan Kiska seçkiyə qatılarsa, qalib gəlmək şansı yüksəkdir.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Andrey Kiska

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar