Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD-ə saxta pasport paylayır - Yeni plan dövriyəyə girir

Bağdadi ABŞ nəzarətindədir. ABŞ zirehlisində çəkilən şəklin terror təşkilatının rəhbəri Bağdadiyə aid olduğunu bölgədən qaçan İŞİD-çilər də təsdiqləyib

“Yeni Şafak” qəzetiı, Türkiyə, 11 mart 2019-cu il

ABŞ yeni bir İŞİD sui-qəsdinə hazırlaşır. Bu günə qədər PKK-ya məxsus düşərgələrdə təxminən 2000-ə yaxın İŞİD üzvünü sorğu-sual edən MKİ 140 nəfərə saxta xarici pasport verib. Terrorçular yeni adla, yeni şəxsiyyət vəsiqəsi və xarici pasportla ABŞ-ın gizli planları üçün İraq vasitəsilə bölgədən çıxarılırlar.

Müxalif mənbələrin “Yeni Şafak”-a göndərdiyi bir şəkildə də Bağdadinin ABŞ zirehlisində olduğu görünür. Lakin mənbələr şəklin harada və nə zaman çəkildiyi ilə bağlı heç bir məlumat verməyib.

MKİ Deyr əz-Zor vilayətinin Kəsra, Biseyra, Əl Ömər və Suvar ərazilərini hərbi bölgə elan edib. Burada sorğu məntəqəsi yaradan MKİ 2000 nəfər İŞİD üzvünü sorğu-sual edib. Onlardan 140-na saxta pasport verib. İŞİD-çilər ABŞ-ın yeni gizli planları üçün İraq vasitəsilə ərazidən çıxarılırlar.

ABŞ yeni İŞİD sui-qəsdinə hazırlaşır. MKİ Deyr əz-Zor vilayətinin Kəsra, Biseyra, Əl Ömər və Suvar ərazilərini hərbi bölgə elan edərək bütün sivil girişləri və çıxışları bağlayıb. Pentaqon qüvvələri tərəfindən qorunan bölgələrdə müəyyən olunan xüsusi şəxslərin sorğusu həyata keçirilir.

Burada sorğulanan döyüşçülərdən bəziləri PKK-nın Əl-Həsəkə, Əl Hol və Rukbada İŞİD-in toplanış məntəqələri əvəzinə, yenə MKİ tərəfindən gizli toplanma mərkəzi olan Əbu Həşəmə aparılır.

2000 İŞİD üzvü sorğulanıb

MKİ tərəfindən yaradılmış sorğu məntəqələrinə İsrail, Fransa və İngiltərə gizli servis nümayəndələri də nəzarət edir. Digər tərəfdən, yenə bu düşərgələrdə müəyyənləşdirilmiş şəxslərə şəxsiyyət vəsiqəsi və xarici pasport hazırlanaraq İraq vasitəsilə ərazidən çıxarılırlar.

Bu günə qədər 2000 İŞİD-çinin sorğulandığı və 140-a qədər terrorçuya MKİ tərəfindən pasport verildiyi ortaya çıxıb. İŞİD-çi terrorçular Amerikanın yeni gizli planları üçün İraq vasitəsilə ərazidən çıxarılırlar. Minlərlə sivilin isə İŞİD-çi kimi damğalanmasına göz yumurlar. Təslim olanlardan bəziləri yandırılaraq, bəzilərini isə sadəcə həzz almaq üçün öldürüblər.

Terror təşkilatı İŞİD-in lideri Əbu Bəkr Əl Bağdadinin Amerikanın nəzarəti ilə yönləndirildiyi ortaya çıxıb. Bağdadinin ABŞ zirehlisində çəkilən şəkilləri yayımlanıb. Baquzdakı hücumlardan qaçan İŞİD döyüşçüləri bu şəkillərin doğru olduğunu təsdiqləyib.

45 sivil öldürülüb

Bölgədəki xalqdan bu günə qədər 45 nəfər öldürülüb, 5 tondan çox qızıl və 25 milyon dolların isə ABŞPKK-ya təslim edildiyi öyrənilib.

“Yeni Şafak” ın əldə etdiyi məlumata görə, Bağdadi ABŞ nəzarətindədir. ABŞ zirehlisində çəkilən şəklin terror təşkilatının rəhbəri Bağdadiyə aid olduğunu bölgədən qaçan İŞİD üzvləri də təsdiqləyib.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar