Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məqsəd nədir... - İran Məmmədyarovu yeni səfir kimi göstərib Azərbaycanı alçaltmağa cəhd elədi?

Tofiq Zülfüqarov: “Elmar Məmmədyarovun Tehrana səfəri zamanı İran prezidentinin saytının ingilis dilli versiyasında yeni səfir kimi yazılması texniki səhvdir”

Əhəd Məmmədli: “Mən rəsmi Tehranın bu xoşagəlməz davranışlarını təsadüf saymıram. İran prezidentinin rəsmi saytını savadsız adamlar işlətmirlər”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 9-da, Tehrana səfər edib və İran rəhbərliyi tərəfindən qəbul olunub.

Lakin İran prezidentinin və ölkənin Xarici İşlər Nazirliyinin saytlarının ingilis dilində olan versiyalarında Məmmədyarov Azərbaycanın İİR-də yeni səfiri kimi təqdim edilib.

Belə ki, İran prezidentinin saytının ingilis dilli versiyasında yerləşdirilmiş rəsmi məlumatda bildirilir ki, prezident “Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib”. Daha sonra məlumatda deyilir:
“Şənbə günü Tehranda Azərbaycan Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdikdən sonra doktor Həsən Ruhani deyib: “İran İslam Respublikasının hakimiyyəti Azərbaycanla qarşılıqlı maraq kəsb edən bütün sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlıdır…”

Daha sonra İran prezidentinin rəsmi saytı da ha dərinə gedir və Elman Məmmədyarovun səfir kimi təqdim olunmasının heç də texniki səhv olmadığını nümayiş etdirir. Sitat: “Azərbaycan Respublikasının Tehrandakı yeni səfiri Elmar Məmmədyarov həmçinin etimadnaməsini prezident Ruhaniyə təqdim edərək bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur”.

Diplomatik dildə bunun bir tərcüməsi varmı və bu hərəkəti Azərbaycanı aşağılamaq kimi anlamaq olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Tofiq Zülfüqarov: “Sadəcə olaraq texniki səhv kimi xarici işlər naziri yeni səfir kimi qeyd edilib”.

Azərbaycanın keçmiş xarici işlər naziri PİA.az-a açıqlamasında Elmar Məmmədyarovun Tehranda yeni səfir kimi göstərilməsinin texniki səhv olduğunu qeyd edib:

“Mən də bu məsələni oxudum. Amma düşünürəm ki, Elmar Məmmədyarovun Tehrana səfəri zamanı İran prezidentinin saytının ingilis dilli versiyasında yeni səfir kimi yazılması texniki səhvdir. Hesab edirəm ki, burada təxribat xarakterli nə isə yoxdur. Sadəcə olaraq texniki səhv kimi xarici işlər naziri yeni səfir kimi qeyd edilib. Ümid edərimə ki, bu texniki səhv də İran tərfindən düzəldiləcək”.

Əhəd Məmmədli: “Güman edək ki, İran prezidentinin saytının ingilis dilli versiyasında dərhal bu səhv düzəldiləcək”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli isə düşünür ki, Elmar Məmmədyarovun Tehrana səfəri çərçivəsində yeni səfir kimi göstərilməsinin texniki səhv deyil. Bu İranın Azərbaycana qarşı demarşlarının davam etdiyini göstərir. Politoloq qeyd edib ki, İran rəhbərliyi son dönəmlərdə bizim dövlətə qarşı heç də beynəlxalq diplomatik qaydalar çərçivəsində davranmır:

İranın Azərbaycana qarşı demarşları davam edir. Düzdür Azərbaycana qarşı bu hörmətsizliyi də İran təsadüfə, təxribata və nə bilim nəyə yozacaq. Amma fakt fakt olaraq qalır. İran rəhbərliyi son dönəmlərdə bizim dövlətə qarşı heç də beynəlxalq diplomatik qaydalar çərçivəsində davranmır.

Mən rəsmi Tehranın bu xoşagəlməz davranışlarını təsadüf saymıram. İran prezidentinin rəsmi saytını savadsız adamlar işlətmirlər. Düşünmürəm ki, bu cür səhvlər qəbuledilməzdir, yolverilməzdir. Güman edək ki, İran prezidentinin saytının ingilis dilli versiyasında dərhal bu səhv düzəldiləcək”.

Eyni zamanda politoloqlar ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenbergerin gələcək fəaliyyəti ilə bağlı PİA.az-ın suallını da cavablandırıb.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Azərbaycandakı səfiri də fəaliyyətə başlayıb. ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Li Litzenberger Azərbaycana gəlişi münasibəti ilə sosial şəbəkədə Azərbaycan xalqına müraciət ünvanlayıb. O bildirib ki, Birləşmiş Ştatlar və Azərbaycanı güclü əlaqələr bağlayır:

“Əlaqələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratiya kimi vacib sahələrdə inkişaf edir. Səfir kimi çalışaraq mən ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacağam. Ölkələrimizin insanları arasında əlaqələr güclüdür. Mən müxtəlif insanlarla görüşərək onların fikirlərini dinləmək niyyətindəyəm”.

ABŞ-ın yeni səfirinin təhlükəsizlik, enerji və demokratiya kimi aspektlərə önəm verməsi nə anlamına gəlir? Bu ABŞ-ın Azərbaycana qarşı yeni strategiyasından xəbər verir və səfir Li Litzenbergerin zamanında Azərbaycan-ABŞ əlaqələrində yeni dönəm başlaya bilər?

Tofiq Zülfüqarov: “Düşünmürəm ki, yeni səfirlə Azərbaycan-ABŞ əlaqələrində yeni dönəm başlaya bilər”.

Keçmiş xarici işlər naziri mövzu ilə bağlı bildirib ki, yeni səfir Li Litzenbergerin fəaliyyəti haqqında səfirliyi dövründə ölkələr arasında olan münasibətlərin necə olacağı barədə bir müddət sonra danışmaq olar:

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Li Litzenberger haqqında deyə bilərəm ki, onun fəaliyyəti haqqında səfirliyi dövründə ölkələr arasında olan münasibətlərin necə olacağından sonra demək olar. Səfirin dəyişməsi adi diplomatik haldır. Ona görə də səfirin dəyişməsi ilə ölkə münasibətlərinin dəyişməsi eyni anlamda deyil.

Qeyd edim ki, hər bir səfir öz ölkəsinin mənafeyini önə çəkir və hər zaman öz ölkəsini müdafiə edir. Düşünmürəm ki, yeni səfirlə Azərbaycan-ABŞ əlaqələrində yeni dönəm başlaya bilər”.

Əhəd Məmmədli: “Yeni ABŞ səfirinin Azərbaycana gəlişinə gəldikdə isə fikrimcə, Li Litzenberg xələfi Sekutadan fərqli olaraq ölkəmizin siyasi gündəmində daha fəal iştirak edəcək”.

Bu məsələ ilə bağlı politoloq Əhəd Məmməli hesab edir ki, Azərbaycan dəyişikliklər astanasındadır və bu dəyişikliklərdə ABŞ-ın yeni səfiri aktiv iştirak edəcək:

“Yeni ABŞ səfirinin Azərbaycana gəlişinə gəldikdə isə fikrimcə, Li Litzenberg xələfi Sekutadan fərqli olaraq ölkəmizin siyasi gündəmində daha fəal iştirak edəcək. Təhlükəsizlik və enerji məsələləri ABŞ üçün Azərbaycanla münasibətlərdə həmişə prioritet təşkil edib.

Demokratiyaya gəldikdə isə hər yerdə olduğu kimi Azərbaycanda da ABŞ bu məhfumdan mənafeyinə uyğun istifadə edəcək. Hesab edirəm ki, Azərbaycan dəyişikliklər astanasındadır və bu dəyişikliklərdə ABŞ-ın yeni səfiri aktiv iştirak edəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar