Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sevginin kölgəsi” adlı rəsm sərgisinin açılışı oldu - Fotolar

"Ağ Şəhər”də yerləşən "White Gallery”də gənc rəssam Çinarə Quliyevanın "Sevginin kölgəsi” adlı rəsm sərgisinin açılışı olub

Sərgidə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına xarakterik olan mövzu və simaları əks etdirən rəsm əsərlərinə geniş yer verilib.

Martın 9-dan 11-nə qədər davam edəcək sərgi ölkəmizdə həyata keçirilən "Nəsimi ili” çərçivəsində təşkil olunub və sərginin keçirilməsində məqsəd böyük mütəfəkkirin irsini gənclər arasında təbliğ etməkdir.

Sərgidə abstrak, klassik, milli və realizim üslublarından, Renbrant texnikasından istifadə olunan, yağlı boya və akrillə işlənən əsərlər yer alıb. "Sevginin kölgəsi”ndə Nəsimi yaradıcılığı ilə yanaşı digər mövzulara da müraciət edilib və 30-dan artıq əsər nümayiş olunacaq.

Rəssamın sərgiyə "Sevginin kölgəsi" adını verməsinin səbəbi daxili dünyasının boyalarla vəhdət təşkil etməsi, incəsənətə olan sevgisinin fırça və kənatla daha da dərinləşməsi, daxili sənət dünyasını incəsənətin rəngli kölgəsinə çevirə bilməsi ilə bağlıdır.

Çinarə Quliyeva gənc olmasına baxmayaraq, yüzlərlə sənət əsəri yaradıb və onun əsərləri nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da maraqla qarşılanıb. Hələ uşaq yaşlarından təsviri incəsənətə maraq göstərən Ç.Quliyeva artıq 5 ilə yaxındır peşəkar rəssam kimi fəaliyyət göstərir.
Bir çox peşəkarlardan "ustad dərsləri” alan Çinarə Mədəniyyət Nazirliyi və Gənclər Fondunun həyata keçirdiyi sərgi yarışmalarının iştirakçısı və qalibi olub.



Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Gözəlliyin ruhu” və ”1-ci Azərbaycan Anime Sərgisi” adlı rəsm yarışmalarında birincilik qazanıb.

Eyni zamanda yaradıcılıq sahəsində ABŞ-ın Şimali Miçiqan Universitetinin İncəsənət və Dizayn Mərkəbində "Xüsusi İstedatlar proqramını” müffəvəqiyyətlə bitirib. Berlin, Moskva, Kiev və Lvov şəhərlərində ustad dəsrlərində iştirak edib.

Ç. Quliyeva "ArtCoLab" rəssamlıq kursunun həmtəsisçisi və rəhbəridir. Onun yaratdığı bütün əsərlər "NiChi Kolleksiyası” adlı vahid brend altında birləşib.
Sərgidə xalq rəssamı Ağaəli İbrahimov, əməkdar rəssam Eldar Qurban, Milli Məclisin deputatları Sona Əliyeva, Aydın Mirzəzadə, xeyriyyəçi Hacı Nuran Hüseynov, dövlət rəsmiləri, ictimai xadimlər, iş adamları və mətbuat nümayəndələri iştirak edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar