Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalist Mətin Yaşaroğlu və Fuad Abbasovla bağlı Rusiya Ombudsmanına müraciət olundu

Elmira Süleymanova məktub göndərdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya məktubla müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən REAL-a verilən məlumata görə, müraciətdə kütləvi informasiya vasitələrində Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Fuad Abbasovun sosial şəbəkələrdə ictimai çıxışları səbəbindən izlənilməsi, təqib olunması, təzyiqlərə məruz qalması, habelə həyatı üçün təhlükənin mövcudluğu ilə bağlı məlumatlar verildiyi, bununla yanaşı, digər azərbaycanlı jurnalist, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlunun xidməti vəzifələrini yerinə yetirərkən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə maneələrə məruz qalaraq cari ilin fevral ayından tutduğu vəzifədən azad edildiyi diqqətə çatdırılıb.

E.Süleymanova yuxarıda göstərilən faktların yoxlanılmasını, habelə adı çəkilən azərbaycanlı jurnalistlərin beynəlxalq konvensiyalarda və Rusiya qanunvericiliyində təsbit olunmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsini Rusiya Federasiyasının Ombudsmanından xahiş edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar