Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Belə ki, rayonun İsmətli kənd sakini, 1982-ci il təvəllüdlü Nadir Qarayev bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
pia.az