Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni səhra təlim mərkəzi istifadəyə verildi - Video

Martın 9-da Əlahiddə Ümumqoşun Orduda yeni təlim mərkəzi istifadəyə verilib

Müdafiə Nazirliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisinin sədrinə raport verib.

Ali Məclisinin sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilib. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunub, lazımi şərait yaradılıb. Binada rabitə qovşağı, ideoloji, yataq, yemək və texniki otaqlar istifadəyə verilib.

Təlim mərkəzində maneələr zolağı və təlimi idarəetmə məntəqəsi yaradılıb, yollar çəkilib, yaşıllıq zolağı salınıb. Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni düşərgə də qurulub. Düşərgədə şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün tədbirlər görülüb, yataq yerləri və məişət guşələri istifadəyə verilib. Yaradılan şərait istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verəcək.

Ali Məclisinin sədri Muxtar Respublikada Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar