Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət geri çəkilsə, qiymətlər 15 dəfə artar - Nazirdən açıqlama

Azərbaycanda kommunal xidmətlərin özəlləşdirilməsi, sənaye parklarında dövlətin rolunun azaldılması ilə bağlı təkliflər yenidən gündəmə gəlib

PİA.az Oxu.Az-a istinadən xəbər verir ki, bu mövzuda xarici və bəzi yerli ekspertlərin fikirləri ilə dövlət məmurlarının baxışları üst-üstə düşmür.

Dünya Bankının eksperti Rajul Avaşti deyir ki, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi rəsmən 30%, qeyri-rəsmi isə 60%-dir. Stress-testlər də Azərbaycanda kifayət qədər böyük kölgə iqtisadiyyatının olduğunu göstərir. Buna görə də tədbirlər görülməlidir, çünki kölgə iqtisadiyyatı böyük olduqca vergi yığımları az olacaq.

Bundan başqa, nağd əməliyyatlar, qara mühasibatlılıq gəlirləri gizlətməyə imkan yaradır. Xarici ekspert təklif edir ki, rəqəmsal ödənişlər, texnoloji hazırlıq artırılsın, eyni zamanda, dövlət sahibkarlıqdakı rolunu azaltsın.

Bunun ardınca azərbaycanlı ekspert Samir Əliyev dövlətin xüsusən kommunal sahədən çəkilməsini təklif edib və bu sektorun özəlləşməyə nə vaxt veriləcəyini sual edərək, dövlətin iqtisadiyyatdakı rolunu azaltmasına toxunub.

Hər iki ekspertin çıxışına ətraflı cavab isə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən gəlib:

Azərbaycanın əlində olan vərəsəliyə baxsaq və digər ölkələrin təcrübəsini nəzərə alsaq, heç də asan deyil və dövlət heç də birmənalı olaraq çəkilməli deyil. Bircə sahəni deyim, bu gün məişət tullantlarından dövlət geri çəkilsin, məişət tullantılarının idarəolunma xərci 15 dəfə qalxmalıdır.

Bunun sosial təsirlərini qiymətləndirə bilərsinizmi? Və ya su tariflərinin arxasından bu gün dövlət geri çəkilsə, tariflər dəfələrlə qalxmalıdır. Məişət tullantıları sahəsində Dünya Bankı ilə birlikdə 15 illik proqram hazırladıq və nəticə də bu oldu ki, dövlət 15-20 il müddətində tədricən çəkilsin.

Çünki bir poliqonun tikintisi 40 milyon dollar, idaəetmə xərcləri 10 milyon dollardır. Onun xərclərini çıxarması üçün gərək Avropadakı kimi, bir ailənin ancaq məişət tullantılarının aylıq kommunal xərci 30-50 avroya gəlib çatsın.

Bu gün Azərbaycan ailəsinə o yükü yükləmək olmaz. Biz qərara aldıq ki, infrastrukturu yaradaq, tədricən 10 illik plan üzrə tarifləri istismar xərclərini ödəyəcək səviyyəyə çatdıraq, sonra özəlləşməyə getsin.

İnanıram ki, digər kommunal sektorlar üzrə də analoji işlər görülüb. Su, dəmiryolu, elektrik enerjisi ilə bağlı proqramlar hazırlanıb. Lakin bunun iqtisadiyyata, cəmiyyətə, insanlara ciddi mənfi təsir olmadan, mərhələlərlə edilməsi düzgündür və mən inanıram ki, növbəti dövrlərdə irəliləyişləri görəcəksiniz”.

Sənaye parkları, xüsusi zonalara gəlincə, nazir hesab edir ki, birmənalı şəkildə, dövlət dəstəyi olmalıdır və praktika göstərir ki, dünyada yaradılan 2500-dən çox xüsusi zonadan yalnız 15 faizi uğurludur. Bu isə arxasında dövlətin dayandığı Ərəb ölkələri, Çin, Vyetnam və başqa nümunələrdir.

Millət vəkili Ziyad Səmədzadənin də reaksiyası kəskin olub:

“Özəlləşdirmə dərdlərin dərmanı deyil. Əksər ölkələrdə dövlət sahibkarlığı var. Yaranmış iqtisadi potensialı qorumalıyıq və unutmayın ki, kölgə iqtisadiyyatının səbəbləri təkcə Azərbaycanla bağlı deyil, böyük hissəsi xaricdən gəlir”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə “Strateji yol xəritələri”ndə kommunal sahənin özəlləşdirilməsinin nəzərdə tutulduğunu qeyd edib. S.Həsənova bu prosesin mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar