Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sibel Canın Bakı konsertində yaşananlar - Video

Ötən gecə iş xanımı Ruhi Əliyevanın dəvəti ilə Bakıya gələn türkiyəli müğənni Sibel Can Bakı Konqres Mərkəzində solo konsert proqramı ilə çıxış edib

Konsert 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunub.

PİA.az Oxu.Az-a istinadən xəbər verir ki, Sibel Can pərəstişkarları keçirilən gecəyə axın ediblər.

Konsertin aparıcılığını isə ATV-nin siması Nanə Ağamalıyeva üzərinə götürüb. 20:30-da başlayan konsertdə müğənni yaşıl uzun libasda “Senden başka kimsem yok” adlı bəstə ilə səhnəyə çıxıb.

Konsertə gələn tamaşaçıları salamlayan sənətçi sevilən hitlərini ard-arda ifa edib. Sibel illərdir öz aktuallığını qoruyub-saxlayan “Kanasın”, “Lale devri”, “Kader”, “Nöbetçi sevgilim” kimi mahnılarını canlı səsləndirib.

Konsertin təşkilatçılığı üçün “Liatris Holding”in rəhbəri Ruhi Əliyevaya təşəkkürünü bildirən Sibel Can doğum gününü qeyd edən səbəbkarı elə səhnədən təbrik edib:

“Budəfəki gəlişimdən çox məmnun qaldım. Burada olmağıma şərait yaradan Ruhi, sənə təşəkkürümü bildirirəm. Bu gün sənin doğum günündür. Səni təbrik edirəm. Musiqinin dəyərini bilən tamaşaçılara isə təşəkkür edirəm”.

Ulduz iki hissəli konsert proqramının ikinci hissəsinə dillər əzbəri olan “Kanasın” adlı mahnısı ilə start verib.

Sənətçi sevilən hitləri ilə yanaşı, bir neçə Azərbaycan mahnısını da səsləndirib. Onun oxuduğu “Sən gəlməz oldun”, “Ayrılıq” bəstəsi izləyicilərin ruhunu oxşayıb.

Konsert zamanı üç libasdan istifadə edən Sibel Can gecədə tamaşaçılara daha da yaxın olmaq üçün səhnədən onların yanına enib və onlarla birgə mahnılarını ifa edib. Rəngarəng ifaları, hit mahnıları və dinamik rəqsləri ilə Sibel pərəstişkarlarına musiqi ziyafəti verib.

pia.az


Etiket: Sibel Can 8 Mart

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar