Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın partiyasında “Troya atı” - AK Partiya öz içindən yeniləcəkmi?

Abdullah Gül və Əhməd Davudoğlu birliyi Ərdoğanın avtokratiyasına qalib gələ biləcək?

Nəzakət Məmmədova: “Türkiyəni Böyük dövlət statusuna yüksəltmək istəyir. Belə bir şəraitdə yeni yaradılan partiyanın uğur qazanacağı şübhə doğurur”.

Məhəmməd Əsədullazadə: “Ərdoğana qarşı ən fəal cəbhəni məhz Davudoğlu yarada bilər. Amma, Ərdoğanın siyasi manevrləri bunun qarşısını ala bilər”.

AK Parti-dən prezident, baş nazir və nazir kimi mühüm vəzifələri tutmuş şəxslərin yeni partiya qurma işləri başlatdıqları deyilir. Son günlər Türkiyə mətbuatında bu barədə çoxlu sayda maraqlı məlumatlar dərc olunub. Maraqlıdır ki, yeni partiyanın qurulmasında bir zamanlar Ərdoğana çox yaxın olan AK Partiyanın önəmli simaları yer alır.

Partiyanın qurulması səylərin arxasında 11-ci prezident Abdullah Gülün durduğu deyilir. Abdullah Gül, keçmiş maliyyə naziri ƏliBabacanı seçib, çünki o, gənc, adı korrupsiya ittihamlarında keçməyən fiqurdur. Əslində, isə yeni partiyanın qurucsunun Abdullah Gül olduğu heç kimə sirr deyil. Yəni pərdə arxasındakı lider odur. Ancaq özünün partiya qurub yola çıxmaq yerinə, Əli Babacanın ümumi başçılığı boynuna götürəcəyi bir partiya yaratdığı söylənilir.

Əli Babacandan başqa yeni partiyanı quran isimlər arasında Əhməd Davudoğlu, Mehmet Şimşək, Səlcuq Özdağ kimi AK Partiyanın çox önəmli sabiq isimləri də yer alır.

Yeni partiyanın digər qurucu siması isə keçmiş xarici işlər naziri, keçmiş baş nazir Əhməd Davudoğlunun olduğu qeyd olunur. Davudoğlunun AK Partiyada ciddi sayılacaq tərəfdarları hələ də var.

Ərdoğan cəbhəsindən artıq yeni partiyanın FETÖ terror təşkilatının siyasi ayağı kimi adlandıranlar var və bu da təbiidir. Çünki son 4-5 ildə Ərdoğan bütün rəqiblərini Fətullah Gülənlə ortaq çalışmaqda ittiham edir.

Bəzi təsdiqləməmiş məlumatlara gprə bələdiyyə seçkilərindən sonra 50-dən artıq deputata yeni partiyanın qurulduğunu lan edəcəklər. Onların arasında həm hakim AK Partiyadan, həm də ana müxalifət partiyası CHP-dən millətbəkilıərinin qoşulacaöı deyilir.

CHP-dən bildirilir ki, aprelin 1-i, yəni 31 mart bələdiyyə seçkilərindən həmən sonra yeni partiyanın mərkəzi qərargahında toplaşacaq və partiya elan olunacaq. Yəni, yeni partiya AK Partiyadan da, CHP-dən də millət vəkilləri ilə formalaşacaq. Hər iki partiya ilə birlikdə 50-55 nəfər millət vəkilinin yeni partiyaya qoşulacağından bəhs edilir ki, bu da yeni partiyanın parlament fraksiyasının olması üçün artıqlaması ilə kifayət edir.

İddialara görə Abdullah GülƏhməd Davudoğlu İYİ Partiyadan millət vəkillərini transfer etməyəcəklərini deyirlər. Onlar hal-hazırda yeni partiya ilə bağlı böyük tələbin və marağın olduğunu bildirirlər. Güman olunur ki, yeni partiya sağ mərkəzdə parçalanma taratmaq istəmir və gələcəkdə İYİ Partiya ilə ittifaqa girmək üçün strategiya yürüdür.

İYİ Partiyanın uğursuz bir layihəyə çevrildiyini nəzərə alarsaq, hesab etmək olarmı ki, hazırda Türkiyədə yeni mərkəz sağçı partiya uğur qazana bilər və Abdullah GülƏhməd Davudoğlu birliyi Tayyip Ərdoğanın xarizmasına qalib gələ bilər?

Həmçinin bəzi türk yazarları və siyasətçiləri iddia edirlər ki, yeni yaranan partiya FETÖ təşkilatının siyasi ayağı olacaq. Gülənçilərin bu qədər ağır itkilər verməsindən sonra hələ də Türkiyə siyasətinə ciddi nüfuz etmək gücünə sahib olduqlarını düşünmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloqlar Nəzakət Məmmədovaya və Məhəmməd Əsədullazadəyə müraciət edib.

Nəzakət Məmmədova: “AK Partinin qurucularından biri Abdulletif Şener də bildirib ki, ola bilsin Ərdoğan AK Partiyanı ailəsindən birinə təhvil verəcək”.

Ərdoğanın güclü lider mövqeyini qoruyub-saxladığını xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, belə bir şəraitdə yeni partiyanın nə qədər uğurlu olacağı sual altındadır:

“Türkiyədə 31 mart seçkilərindən sonra Ali Babacanın başçılığı altında yeni bir partiyanın qurulacağı xəbəri elə ən çox AK Partiyaya yaxın mətbuat orqanları tərəfindən tirajlanır. Abdullah GülƏhməd Davudoğlunun da yeni partiyya dəstək verəcəyi deyilir.

Bunu əsaslandırmaq üçün Ərdoğanın bu ilin yanvarında Ordu şəhərində keçmiş silahdaşlarını hədəf alan nitqindən bəzi məqamlar diqqətə çatdırılır.

Məlumatlara görə, Abdullah Gül prosesdə "boz kardinal" rolunda çıxış edəcək. Prosesləri o idarə edəcək, lakin göz önündə olmayacaq. Partiyanın sədri ola bilsin ki, Ali Babacan olsun.

Nəzakət Məmmədova: “Əli Babacanın partiyasına AKP-dən gizli küsgünlər olaraq adlandırılan narazı kəsimin cəlb olunması planlaşdırılır”.

Burada üç əsas ssenari üzərində dayanılır: Yeni partiya yaradılır, Əli Babacan sədr olur, ikinci variantda "Səadət partiyası" yenidən dirçəldilir, Əli Babacan sədr olur, yaxud Fatih Ərbakanın "Yenidən Rifah" partiyası ilə yola davam ediləcək.

Əli Babacanın partiyasına AKP-dən gizli küsgünlər olaraq adlandırılan narazı kəsimin cəlb olunması planlaşdırılır.
Lakin bəzi mənbələr sədrlik məsələsində fikir ayrılığı olduğunu deyirlər. Belə ki, partiya sədrliyi məsələsində həm Babacan, həm Davudoğlunun sədr olmaq istədiyi, lakin Gülün Babacanı gənc olması səbəbindən daha perspektivli görməsi bildirilir.

Nəzakət Məmmədova: “AK Parti güclü iqtidar partiyasıdır və oradan qopmaların çox olacağı inandırıcı görünmür”.

AK Partinin qurucularından biri Abdulletif Şener də bildirib ki, ola bilsin Ərdoğan AK Partiyanı ailəsindən birinə təhvil verəcək . AKP yarananda bir qrup Fəzilət Partiyasından uzaqlaşan millət vəkilləri, siyasətçilər onu, digər hissə isə Səadət partiyasını qurdular. Lakin o zaman Fəzilət partiyasının fəaliyyəti qanunla qadağan edilmişdi. İndi isə vəziyyət tamam fərqlidir, AK Parti güclü iqtidar partiyasıdır və oradan qopmaların çox olacağı inandırıcı görünmür.

AK Parti ölkənin bütün maliyyəsinə nəzarət edir, media üzərində hakimdir, Ərdoğan güclü lider mövqeyini qoruyub-saxlayıb. Belə bir şəraitdə yeni partiyanın nə qədər uğurlu olacağı sual altındadır.

Bildiyimiz kimi AKP iqtidarı Cümhuriyyətin 100 illliyinə, yəni 2023-cü ilədək bir sıra layihələri yekunlaşdırmağı vəd edib. Türkiyəni Böyük dövlət statusuna yüksəltmək istəyir. Belə bir şəraitdə yeni yaradılan partiyanın qədər uğur qazanacağı şübhə doğurur. Əhali AKP-dən daha böyük uğurlar gözləyir”

Məhəmməd Əsədullazadə: “Hakim partiya Davudoğlu və Abdullah Gülün siyasi fəaliyyətinə zərbə vurmaq üçün onları FETÖ ilə əlaqələndirəcəklər”.

“Türkiyədə AKP-nin siyasi reyitininqinin aşağı düşməsi ötən seçkilərdə də bəlli oldu. MHP ilə birbaşa koalisiyaya gederək ötən il parlemnt seçkilərində hakimiyyətini qoruya bildi. Bu müddət ərzində ABŞ-la siyasi fikir ayrılıqları, ABŞ-ın tətb6q etdiyi sanksiyalar ölkə iqtisadiyyatına mənfi təsir edib.

Qeyd edim ki, prezident Ərdoğanın keçmiş komanda üzvüləri ilə siyasi fikir ayrılqıları və xüsusi ilə Avropa Birliyi və ABŞ-la konfliktin inkişafı sabiq preizdent və baş nazir Abdullah Güllə Əhməf Davudoğlunun Ərdoğana qarşı yeni partiya yaratması söz söhbətləri orataya çıxarıb.

Hesab edirəm ki, Davudoğlu bu prosesdə aktiv rol oynayır. O, yenidən siyasi hakimiyyətə gəlmək, prinsiplərini həyata keçirməyi planlaşdırır. Davudoğlunun AvropaABŞ -la da siyasi əlaqələri normaldır. Məhz ABŞAvropa Davudoğu və Abdullah Gülə forsmajor məqamda dəstək verə bilər.

Ərdoğana qarşı ən fəal cəbhəni məhz Davudoğlu yarada bilər. Amma, Ərdoğanın siyasi manevrləri bunun qarşısını ala bilər. Necə ki, İYİ partiya yarandığı gündən siyasi dəstəyi zəifdir.

Məhəmməd Əsədullazadə: “Ərdoğanın tək başına parlament və hökumət qurması artıq çətinləşə bilər”.

Hesab edirəm ki, eyni analoji hal Davudoğlunun yaratmaq istədiyo partiya ilə baş verməyəcək. Çünki, Türkiyədə yeni islahatlar tələb olunur və akademik sahədə ciddi dəstəyi olan Davudoğlu ciddi elektorat formalşadıra bilər.

Mən yeni partiyanın qurucularının FETÖ ilə bağlantılarını düşünmürəm. Çünki, belə olan təqdirdə hakim partiyanın təzyiqləri ilə üzləşə bilərlər. Amma, hesab edirəm ki, hakim partiya Davudoğlu və Abdullah Gülün siyasi fəaliyyətinə zərbə vurmaq üçün onları FETÖ ilə əlaqələndirəcəklər.

Qeyd edim ki, hakim partiyanın deputatları da növbəti seçkilərdə AKP üçün çətin bir mərhələ olacağını bilir. Artıq, Ərdoğanın tək başına parlament və hökumət qurması çətinləşib. Ona görə də əgər belə bir partiya yaranarsa, AKP-nin vəkilləri Davudoğlunun və Gülün ətrafında toplana bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar