Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brilliant Dadaşovadan Rasim Balayevə irad: “Belə sərt danışmazlar”

Xalq artisti Brilliant Dadaşova Rasim Balayevə irad bildirib

Axşam.az xəbər verir ki, buna səbəb Balayevin Şəfiqə Məmmədova barədə yerli mediada söylədiyi sərt fikirlər olub.

“Rasim Balayevin başımızın tacı, dəyərli aktrisamız Şəfiqə Məmmədovanın ünvanına söylədikləri məni məyus etdi. Rasim Balayev kimi dəyərli aktyorlarımız azdır. Bəlkə bu sözləri söylədikləri zaman ruh halı yaxşı olmayıb. Şəfiqə Məmmədova 30 il səhnədə olub, 50 ildir oranı tərk edib. 80 yaşı olduğunu düşünsək belə hesablar düz gəlmir, 1 yaşından səhnəyə çıxmayıb ki? Nəsimi filmində “Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər” deyən aktyor heç bir xanım haqda belə sərt danışmaz. Şəfiqə xanım universitetdə müəlliməm olub. Onun haqda yazılanları oxuyanda bildim ki, o, heç kimə cavab verməyəcək. Şəfiqə xanım mərd, sözün düzünü deməyi bacaran xanımdı. Mən də bunu ondan öyrənmişəm. Onu həmişə Sofi Lorenə bənzətmişəm. Amma biz onu dünyaya çıxarda bilmədik. Halbuki səhnə mədəniyyəti və aktrisalıq qabiliyyəti ondan çox yüksəkdir. Şəfiqə Məmmədova gücdür, qüvvədir. Pərdə arxasında olsa belə mədəniyyətimiz və tariximiz üçün çox iş görür” deyə, Dadaşova söyləyib.

Qeyd edək ki, Rasim Balayevlə Şəfiqə Məmmədova arasında olan qalmaqal incəsənət və mədəniyyət nümayəndələrinin Prezidentlə görüşündən sonra baş tutub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar