Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ keçmiş prezidentin qızına ittiham irəli sürdü

Gülnarə beynəlxalq rüşvətxorluq sxemində iştirakda günahlandırır

Birləşmiş Ştatlar ilk dəfə olaraq Özbəkistanın mərhum prezidentinin qızı Gülnarə Kərimovaya ittihamlar irəli sürüb. O, beynəlxalq rüşvətxorluq sxemində iştirakda, ABŞ-ın xarici korrupsiya qanunlarını pozmaq qəsdində ittiham olunur

Bundan bir neçə gün öncə Kərimova Daşkənddə qəfil saxlanıb, ev dustaqlığını pozmaqda suçlanaraq həbsxanaya göndərilib. Bundan öncə də ABŞ-da məhkəmə sənədlərində Kərimovanın adı ehtimal kimi səslənirdi, amma indi ilk dəfə olaraq ona aydın şəkildə ittiham irəli sürülüb.

Ədliyyə Departamentinin bildirdiyinə görə, bu, ABŞ Xarici Korrupsiya Praktikaları Aktı çərçivəsində ən böyük rüşvətxorluq sxemidir.

Bu həm də Özbəkistan hökumətinin mərhum prezident Islam Kərimov erasının fiqurlarını, onun qohumlarını belə hədəfə almağa başladığını göstərir. Bu ittihamlar Rusiyanın ən böyük mobil şəbəkə provayderi olan MTS-in iştirak etdiyi rüşvətxorluq sxemindən qaynaqlanır. Şirkət martın 7-də elan edib ki, rüşvət və korrupsiya işinə xitam verilməsi üçün 850 milyon dollar təzminat ödəyəcək.

ABŞ məhkəmə sənədlərinə görə, Kərimova və onun Behzad Əhmədov adlı köməkçisi Özbəkistanda mobil telefon lisenziyası üçün 11 il ərzində – 2001-ci ildən 2012-ci ilədək 865 milyon dollarlıq rüşvət qoparıblar.

Bu şirkətlər MTS, VimpelCom və TeliaSonera Skandinaviya şirkəti olub. Onların Birləşmiş Ştatlar və digər xarici tənzimləyici qurumlara rüşvətxorluq sxemlərinə görə böyük məbləğlər ödədiyi bildirilir.

Kərimovanın hazırda harada olduğu bilinmir. Əhmədov isə 2012-ci ildə Moskvaya qaçıb. (azadliq.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar