Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sputnik Azərbaycan”ın fəaliyyəti araşdırılmalıdır - Mehman Əliyev

“Dövlət onların monitorinqini aparmalıdır, izləməlidir ki, burada nə işlə məşğuldurlar”

““Russia Today” nə ilə məşğuldursa, “Sputnik” də onunla məşğuldur”

Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ictimaiyyət arasında, həmçinin Milli Məclidə müzakirələrə səbəb oldu. İddiaya görə, baş redaktorun işdən çıxarılmasına səbəb onun ermənilər əleyhinə mövqeyi olub.
Milli Məclisin iki gün öncə keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Sputnik Azərbaycan” saytında baş verən son hadisələrə münasibət bildirib. MŞ sədrinin fikrincə, Ombudsman aparatının “Sputnik Azərbaycan”da baş verənləri araşdırmasına ehtiyac var.

Deputat Qənirə Paşayeva da Ombudsman E.Süleymanovadan Mətin Yaşaroğlunun məsələsini Rusiyanın Ombudsmanı ilə danışmağı və bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş edib.

Deputat Fəzail İbrahimli də Mətin Yaşaroğlunun milli mövqeyinə görə işdən çıxarılmasına münasibət bildirib. Deputat qeyd edib ki, Azərbaycanda bu cür antimilli mövqeli xarici KİV-in fəaliyyət göstərməsi yolverilməzdir:

“Mənə elə gəlir ki, Əflatun Amaşovun bu gün parlamentdə qaldırdğı məsələ sıradan bir məsələ deyil. Bu, dövlətimizin və xalqımızın ruhuna təsir edə bilən kifayət qədər ciddi məsələdir. Hesab edirəm ki, müvafiq qurumlar, o cümlədən Əflatun Amaşovun özü bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Əflatun müəllim niyə Ombudsmana şikayət edir? O öz səlahiyyətləri çərçivəsində də bu məsələni qaldırmalıdır, ictimai rəyə təqdim etməlidir. Bunun hər hansı hüquqi forması var. Bu məsələ hüquqi müstəvidə həll olunmalıdır. Bu məsələ ilə bağlı müvafiq dövlət orqanları lazımı araşdırmalar aparıb, onun nəticələrinə uyğun olaraq ciddi addımlar atmalıdır”.

F.İbrahimli onu da vurğulayıb ki, “Sputnik Azərbaycan”ın fəaliyyəti, ona rəhbərlik edən şəxslər ciddi araşdırılmalıdır: “Həmçinin bu agentliyi himayə edən şəxslər barəsində də araşdırmalar aparılmalı, ciddi ölçü götürülməlidir. Qarabağ məsələsi bizim haqq işimizdir, millətimizin ağrılı yarasıdır. Ümumiyyətlə, bu cür qurumların qarşısında Qarabağla bağlı məsələ kifayət qədər ciddi qoyulmalıdır. Bu məsələdə iqtidarın və müxalifətin mövqeyi eynidir. Bu məsələdə millətimiz bütöv və vahiddir”.

Maraqlıdır ki, Mətin Yaşaroğlu işdən çıxarıldığını təsdiqləsə də, ancaq o səbəblər barədə danışmayacağını bildirib. Görəsən, niyə? Əslində, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də haqlı olaraq deyir ki, Mətin Yaşaroğlu işdən çıxarılma səbəbini rəsmən bəyan etməlidir:

“Bu informasiya aidiyyəti olan şəxs tərəfindən hələlik rəsmən bəyan edilməyib. Mətin bəy işdən çıxma səbəbi kimi antierməni mövqeyi olduğunu deməyib. Lakin həqiqətən də bu hadisə baş veribsə, çox ciddi məsələdir. Burada bir informasiya qurumunun Azərbaycana qarşı normal olmayan siyasətindən söhbət gedir və buna görə ölçü götürülməlidir. Düşünürəm ki, mütləq şəkildə cavab tədbirləri olmalıdır. Amma əvvəlcə bu səbəbi Mətin bəyin özü və təmsil etdiyi qurum təsdiqləməlidir. Məlumat təsdiqlənərsə, təbii ki, zəruri addımlar atılmalı, adekvat cavab verilməlidir”.

Ancaq iddialara görə, Mətin Yaşaroğluna irad tutublar ki, Qarabağla bağlı yazılarını dayandır. Amma o, erməni bürosunun Qarabağı “Artsax” kimi yazdığını əsas gətirib və nə üçün qarşı tərəfə irad bildirilmədiyinin səbəbini sual edib. Bu, ona baha başa gəlib.



Qeyd edək ki, Rusiyanın “Sputnik” və informasiya agentliyinin rəhbəri erməni Marqarita Simonyandır.

“Mən eşitmişəm o redaktor antierməni mövqeyinə görə işdən çıxarılıb”

“Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Hürriyyət”ə dedi ki, o, “Sputnik”i izləmir: “Maraqlanmıram ki, onlar nə yazırlar, mənim səlahiyyətim deyil, nə də ona vaxtım yoxdur. Amma bilirəm ki, Azərbaycanda xarici kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərir və Əli Həsənovun Beynəlxalq Mətbuat Mərkəzinin binasında yerləşir. Ümumiyyətlə, Rusiyanın kütləvi İnformasiya vasitələri bu binada yerləşdirilir, amma bilmirəm, onlardan pul alırlar, yoxsa yeri onlara pulsuz verirlər. Açığını deyim ki, onların fəaliyyətini izləmək və mövqe bildirmək onların işidir. Çünki bizlə bağlı mövqe bildirirlər, araşdırma aparırlar, ancaq bizdə fəaliyyət göstərən Rusiya mediası “Sputnik Azərbaycan”ı araşdırmırlar. Hesab edirəm ki, ilk növbədə, “Sputinik Azərbayacan”la bağlı Əli Həsənov açıqlama verməlidir. Çünki onlar onu izləməlidir, onların borcudur. Mən eşitmişəm o redaktor antierməni mövqeyinə görə işdən çıxarılıb, bu barədə danışırlar. Ancaq yenə də qeyd etmək istəyirəm ki, mənim “Sputnik Azərbaycan”ın fəaliyyətindən şəxsən xəbərim yoxdur. Ona görə, nəsə deməyə çətinlik çəkirəm. Əgər mən onların yazılarını oxumuramsa, bilmirsə, mən onu necə qiymətləndirim? O redaktor nə yazıb, onun mövqeyi necədir, bilmirəm. O, özü mətbuat konfransı keçirsin, açıqlama versin ki, “Sputinik”in Azərbaycanda fəaliyyəti nədir, agentliyin rəhbəri Simonyan ondan nə tələb edirdi, ondan nə istəyirdilər, o nəyə razı deyildi, bunların hamısının açqlanması vacibdir”.

“Mənim üçün maraqlıdır, onun burada pulunu verən kimdir?”

“Mətin Yaşaroğlunun işdən çıxma səbəblərini açıqlamaması ona qarşı təzyiqlə bağlı ola bilərmi” deyə sual etdikdə M.Əliyev belə dedi: “Bunu ondan soruşmaq lazımdır. Əgər buna görə işdən çıxarılıbsa, özü dursun, desin ki, ona nə tapşırıqlar veriblər, hansı tapşırıqları yerinə yetirmək istəməyib və o, hansı mövqe ilə razı deyil. Yəni bununla bağl açıqlama olsaydı, biz də baxardıq, mövqe bildirərdik və deyərdik bunu etmək lazımdır. Amma ilk növbədə, burada dövlətin mövqeyi olmalıdır. Dövlət onların monitorinqini aparmalıdır, izləməlidir ki, burada nə işlə məşğuldurlar. Ümumiyyətlə, mənim üçün maraqlıdır, onun burada pulunu verən kimdir? Kimin hesabına burada oturublar? Bu, Azərbaycan-Rusiya ərazisində olan müştərək müəssisədirmi, ya başqa bir şeydir? Və nəyə görə Rusiya kütləvi informasiya vasitələrinin ofisləri Əli Həsənovun binasında yerləşir, ümumiyyətlə, o nə deməkdir? O, prezidentin köməkçisidir. Bu, şəxsən mənim üçün qaranlıqdır. Amma yenə deyirəm, mən izləsəydim, qiymət verərdim, deyərdim ki, aparılan tədqiqat nəticəsində mən bunu deyə bilirəm, amma məndə bu məlumat yoxdur. Amma bütövlükdə mən deyə bilərəm ki, “Sputnik” informasiya vasitəsi “Russia Today”in tərkib hissəsidir. “Russia Today” nə ilə, hansı təbliğatla məşğuldrsa, həmən “Sputnik” də onunla məşğuldur, o xətti tutub. Bunu bütövlükdə belə görürəm, amma Azərbaycanda fəaliyyət göstərən bu kütləvi infomasiya vasitəsinə konket irad bildirməyə çətinlik çəkirəm deyəm ki, filan vaxtı bu məqalədə bunu yazıblar, filan vaxtı bunu ediblər, məndə o baza yoxdur, deyə bilmirəm”.

““Russia Today” qərəzli bir kütləvi informasiya vasitəsidir”

““Russia Today”in mövqeyi necədir ki, deyirsiniz “Sputnik” lə eyni xətti tutur” sualına M. Əliyev belə cavab verdi: “Qeyd etdiyim kimi, “Sputnik” informasiya vasitəsi onun tərkib hissəsidir. Ona görə də bütövlükdə ““Russia Today” təbliğatçı bir informasiya vasitəsdir. Yəni Kremlin siyasətini birbaşa aparan, obyektiv, balansı olmayan və qərəzli bir kütləvi informasiya vasitəsidir. Necə ki, Rusiyanın daxilində işləyir, o cümlədən xaricdə işləyir. Ona görə də bu məsələyə ciddi baxılmalıdır. Ümumiyətlə, bunları izləmək, irad bildirmək dövlət orqanlarının işidir”.

Şamo EMİN, Hurriyyet.org

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar