Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Liqası Bakı finalının biletləri satışa çıxarıldı

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər üçün müraciət mərhələsinə start verilib

Martın 7-dən 21-dək davam edəcək müraciət mərhələsində hər kəs şəxsi hesabına (qeydiyyat üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına keçərək şəxsi bilet hesabını yaratmaq lazımdır) daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs, özü də daxil olmaqla, yalnız dörd bilet ala bilər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Dörd kateqoriya üzrə təqdim edilən biletlərin qiyməti müvafiq olaraq 140, 90, 50 və 30 avrodur. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək. Gənclər üçün təqdim olunacaq paketin qiyməti 60 avrodur. Bu paketə ikinci kateqoriyalı iki bilet (biri böyük, biri isə 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet) daxildir. Bundan başqa, 400 ədəd gənclər paketi (800 bilet) də satışda olacaq.

Final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə aparacaq. Müraciət təsdiqlənərsə martın 28-dən aprelin 5-dək ödəniş etməklə lotereyada alıcıların adlarına çıxan bileti almaq mümkün olacaq. Həmin tarixlərdə ödəniş edilmədikdə yerdə qalan biletlər yenidən satışa buraxılacaq.

Alınan biletlər mayın 21-dən mobil telefonlara göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Digər şəxslər üçün alınan biletlər də mobil telefona göndərilə bilər. Bunun üçün həmin şəxslər UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

Oyun günü stadiona giriş zamanı mobil bileti aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Xatırladaq ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satışa buraxılacaq. Qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

Bilet satışı və qeydiyyat prosesi ilə bağlı əlavə suallar yaranarsa, https://support.tickets-uelfinal.uefa.com/hc/az/requests/new linkinə daxil olaraq, UEFA-nın müştəri xidmətlərinə Azərbaycan dilində yazıb müraciət etmək lazımdır. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar