Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafiq Abbasov: Narkotik sondursa, qəlyan ilk mərhələdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov müsahibə verib

PİA.AZ Oxu.az-a istinadən müsahibəni təqdim edir:

- Rafiq müəllim, bu il yayda Minskdə II Avropa Oyunları start götürür. Bakı Oyunlarından bəri - dörd il ərzində nələr dəyişib?

- Təbii ki, istənilən idman yarışı, multi-mədəni müsabiqə zaman keçdikcə dəyişir. İlk oyunlar bunun təməlini qoydu. Hər bir qitənin öz idman oyunları olduğu halda, ənənəvi olaraq güclü idman hərəkatının yer aldığı Avropanın öz oyunları yox idi.

Azərbaycan Avropa idman xartiyasına öz töhfəsini verdi və preziden İlham Əliyevin təşəbbüsünü hər kəs dəstəklədi. İndi Avropa qitəsinin də öz oyunları var.

Ali rəhbərlərin simasında Belarus rəsmi olaraq etiraf edib ki, bir çox aspektlərdə Azərbaycanla məsləhətləşir, belə ki, Avropa Oyunları modelinin özülü bizim ölkədə qoyulub.

İkinci Avropa Oyunlarında idman növlərinin sayı artırılıb, nəticə etibarilə Olimpiya oyunlarına lisenziyaların da sayında artım baş verib. Ona görə də mübarizənin gərgin olacağını hesab edirəm.

Minsk oyunları quruluş baxımından Bakıdakından kardinal şəkildə fərqlənəcək. Bakıda bəzi idman növlərində yaş həddi 23 olduğa halda, Minskdə artıq belə məhdudiyyətlər olmayacaq. Bundan başqa, olimpiya və qeyri-olimpiya idman növlərinin rotasiyası dəyişib.

Həmçinin, idmançıların oyunlarda iştirakı hüququ və iştirakçı sayı dəyişib, yəni idmançılar oyunlarda iştirak etmək haqqı qazanmalı olacaq. Bundan sonra qitə oyunlarının Olimpiya oyunlarına bağlılığı daha yüksək olacaq. Bu, Avropa Oyunlarının gələcək inkişafı üçün düzgün kursdur.

- Minsk oyunlarında iştirak edəcək yığma komandanın tərkibi nə vaxt məlum olacaq? Üçüncü Avropa Oyunlarının Bakıda keçirilməsi nə dərəcədə mümkündür? Bildiyiniz kimi, bir müddət əvvəl bunun mümkünlüyü ilə bağlı söhbətlər yayılmışdı.

- Tezliklə Avropa Oyunlarına qatılacaq yığma ilə bağlı bütün məlumatlar açıqlanacaq. Əksər lisenziyalar martın əvvəlindən etibarən keçirilən turnirlərdə əldə olunacaq. Azərbaycanın Olimpiya komitəsi tədricən kimlərin yayda Minskə gedəcəyi barədə informasiya verəcək.

Avropa üçün bu layihənin yaşaması vacibdir. Onun üçüncü və ya dördüncü dəfə harada keçiriləcəyinə gəlincə, buna Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsi namizədləri götür-qoy edərək qərar verir. Azərbaycanın bir daha Avropa Oyunlarına ev sahibliyi edib-etməyəcəyini indidən demək çox tezdir.

- Bu yaxınlarda basketbol klublarımızın demarşı ölkənin idman aləmində böyük əks-səda doğurdu. Klublar Çempionatda iştirak etməkdən imtina etdi. Fikrinizcə, belə bir vəziyyətin yaranmasına nə səbəb olub və problemi hansı yolla aradan qaldırmaq olar?

- Demarş heç də çıxış yolu deyil. İxtilaflar heç bir halda idmana xələl gətirməməlidir. Gərək turnirdə iştirakı davam etdirib, paralel olaraq bütün məsələlərlə bağlı müzakirələr aparaydılar.

Bu gün Azərbaycan öz idman növləri coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Dövlət başçısı idmançılara qarşı çox diqqətlidir: hər il görüşlər təşkil olunur, sosial problemlər həll edilir, mənzillər bağışlanır, beynəlxalq turnirlərdə iştiraka görə pul mükafatları verilir.

Ola bilər basketbolçuların maddi təminatı bu gün daha aşağıdır. Bununla belə, bu, oynamamaq üçün bəhanə olmamalıdır. İdmançı oynamadıqca formasını itirir, üstəlik, problemlər də həllini tapmır.

Qeyd etmək istərdim ki, ölkənin Gənclər və İdman Nazirliyinin dəstəyi sayəsində şəhər basketbol turnirləri qrafik üzrə davam etdirilir. Klubların və yaş qruplarının sayı əvvəlki kimi, dəyişməz qalıb. Basketbol ölkənin Spartakiadalarında yer alır.

Məktəb və universitet komandalarında belə bir problem yoxdur. Şəhər birinciliyinin mərhələləri Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib, finallar isə “Sərhədçi” idman kompleksində baş tutub. Klublarla da işlər aparılır.

- Bu yaxınlarda məlum olub ki, Rusiyanın milli əlbəyaxa döyüş növü olan “sambo” olimpiya idman növləri ailəsinə daxil edilib. Azərbaycanın da milli idman növləri, məsələn, güləşi var. Bu idman növlərinin dünyada təbliği üçün hər hansı işlər görülür və onların gələcəkdə olimpiya idman növləri qismində tanınması mümkündürmü?

Sambo öz inkişafı dövründə formatını dəyişib: idman sambosu ilə yanaşı, döyüş sambosu da ərsəyə gəlib. Bu, öz növbəsində, idman yarışınının baxımlılığını artırmış olur. Bu idman növünə böyük yatırımlar qoyulur: xüsusi idman geyim formalarının təchizatı, master-klasların keçirilməsi, pulsuz məşqçilik kurslarının təşkili, hakimlərin kvalifikasiyasının artırılması. Bütün bunlar sambonu irəli çəkib və onu olimpiya idman növləri ailəsinə yaxınlaşdırıb.

Bəli, Azərbaycan da öz milli idman növlərini qabağa çəkmək istəyir. Bu gün “Çövkən” UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Bu, ilk addım idi. Hər il Azərbaycanda bu idman növü üzrə beynəlxalq turnir keçirilir. Bizim komanda Avropa çempionatında yüksək nəticələr qazanıb.

“Zorxana” – bildiyiniz kimi, özündə güləş, gimnastika, musiqi vərdişləri, plastika, fiziki qüvvəni və digər elementləri birləşdirən milli idman növüdür. O, Bakıda keçirilmiş Dördüncü İslam Həmrəylik Oyunlarının proqramına daxil edilmişdi.

Bütün bunlar milli idman növlərinin təbliğatına və qabağa çəkilməsinə vəsilə olur. Sambo 80 il idi ki, buna doğru gedirdi. Biz hələlik 20 ilə yaxındır bunu inkişaf etdiririk. Müəyyən müddət keçəndən sonra, davamlı inkişaf proqramı olduğu halda, bizim milli idman növləri də mütləq beynəlxalq populyarlıq qazanacaq.

- Narkotik vasitələrə üz tutan gənclərin sayı artmaqdadır. Belə neqativ tendensiyanın qarşını almaq üçün dövlət səviyyəsində hansı addımlar atılır?

- Biz hər halda müsəlman ölkəsiyik. Digər ölkələrlə müqayisədə, Azərbaycanda spirtli içki, psixotrop maddələrdən istifadə halları həm kəmiyyət, həm də faiz nisbətində daha aşağıdır. Ancaq bu, o demək deyil ki, risk zonasına daxil olan yaş kateqoriyası mövcud deyil.

Biz gənclər arasında profilaktika və onların maarifləndirilməsi istiqamətində böyük işlər aparırıq. Gənclər və idman baş idarəsi Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyada təmsil olunur.

Bizim işimiz yalnız məlumatlandırmaqdan ibarətdir. Məsələn, müvafiq broşürlər hazırlayıb yayırıq. İdarə bir neçə teatra narkotik vasitələrin ziyanı mövzusunda tamaşaların qoyulması ilə bağlı sifariş verib.

Bəzi yarışlarımız “Narkotik vasitələrə yox deyək” şüarı altında keçir. “Şahin” və “Cəsurlar” hərbi-vətənpərvərlik oyunları da sağlam həyat tərzini təbliğ edir. Daha çox reklam məhsulu: plakatlara, sosial çarxlara və s. ehtiyac var.

Biz məktəb və ali təhsil ocaqlarının ətrafında qəlyanların olmasını istəmirik. Ağır narkotik vasitələr son mərhələdirsə, qəlyan çəkməyi ilk mərhələ hesab etmək olar. Üstəlik, hər bir vətəndaş fərd olaraq bu istiqamətdə öz öhdəsinə düşəni yerinə yetirməlidir.

Cəmiyyətin köməyi olmasa, heç bir dövlət proqramı qlobal miqyas ala bilməz. İctimai nəzarət və ictimai qınaq da olduqca güclü təsir alətləridir.

Bu gün görürük ki, cəmiyyət narkotik vasitələrin açıq şəkildə təbliğ olunduğu saytlar, internet resurslarına qarşı çıxır. Televiziyada spirtli içki və tütün məlumatların reklamları minimuma çatdırılıb. Ancaq həyat davam edir, zamanla ayaqlaşmaq, qanun pozuntularına qarşı yeni, orijinal mübarizə yolları axtarıb tapmaq lazımdır. Çünki qarşı tərəf də öz zəhrimarını yaymaq üçün yeni vasitələrin axtarışındadır.

- Bu gün gənclərin müəyyən qismi asudə vaxtını intellektual oyunlarda iştirak etməklə keçirməyə üstünlük verir. Məsələn, sizi Şən və Hazırcavablar Klubunun (ŞHK) münsiflər heyətində görə bilərik. Bu sferaya nə dərəcədə diqqət ayrılır?

- Artıq bir neçə ildir ki, Azərbaycanda “KVN” hərəkatını dəstəkləyirik. Bu illər ərzində komandaların səviyyəsi, oyunların keyfiyyəti əhəmiyyətli dərəcədə artıb. Bu kontekstdə dəstək olduğumuz Yeniyetmələr Liqasını qeyd etmək istərdim.

Şagirdlər bizim gələcəyimizdir, fərqlənən, özünü yaxşı cəhətdən göstərməyə çalışan gəncləri görəndə sevinirik. “KVN” (ŞHK) dəyişib. KVN – natiqlik bacarığını “itiləyən”, hazırcavablığı artıran yaxşı “dəmirçidir”. Həmçinin, bədii, aktyorluq bacarıqlarını inkişaf etdirir. Bütün bunlarla yanaşı, KVN dostluq və ünsiyyətdir.

Bu gün dövlət qulluğunda olan bir çox insanlar, bir vaxtlar “KVN”, “Kim? Nə? Harada?” və ya “Xəmsə” kimi oyunlarda iştirak edib. Bu oyunlar onların “həyat baqajına” çoxlu, faydalı yüklər əlavə edib. Bu gün yeni intellektual oyunlar yaradılır, bu, əlbəttə ki, çox yaxşı bir haldır.

- Sonda, sizin idarənin gördüyü işlər barədə bir az danışın. Həyata keçirməyi planlaşdırdığını hansı maraqlı layihələriniz var?

- Biz şəhər yarışları keçiririk. Yüksək nəticə göstərən idmançılar BakıGənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan ümumrespublika yarışlarında təmsil etmək hüququ qazanır. Bu gün biz, müxtəlif yaş kateqoriyalarında 56 idman növü üzrə yarış keçiririk. Onların yarıdan çoxu olimpiya idman növləridir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA-nın xətti ilə minifutbol və şahmat üzrə açıq turnirlərin keçirildiyi xüsusi məkanlar açılır. Ötən il belə yarışlarda 1500-dən çox uşaq iştirak edib. Artıq bu ildən idman növləri coğrafiyasını genişləndirməyi planlaşdırırıq. Bakı şəhər İcra Hakimiyyəti bu məsələdə bizə çox kömək olur.

Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramına əsasən, bizim idarə hərbi vətənpərvərliyi, intellektual oyunları, məşğulluğu, gənclərin mədəniyyəti və təhsilini, gənclər və din, gənclər və beynəlxalq münasibətlər, gənclər və qabaqcıl texnologiyalar, uşaq düşərgələri və digər aspektləri inkişaf etdirir.

pia.az


Etiket: Rafiq Abbasov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar