Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2020-ci ildə Azərbaycanın valyuta gəlirləri çoxalacaq” – Vüqar Bayramov

“2020-ci il Azərbaycan üçün prioritet illərdən biridir. Gələcəyə baxış konsepsiyasında və Strateji Yol xəritəsində 2020-ci il Azərbaycanda aparılan islahatlar dövrünün həlledici mərhələsi kimi dəyərləndirilir”

Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, 2015-ci ildə başlanılan dərin islahatlar üçün baza formalaşdırıb: “İslahatların tərkib hissəsi olaraq 2019-ci ilin ilk iki ayında əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb. 2020-ci il üçün nəinki Azərbaycan hökuməti, eyni zamanda, beynəlxalq maliyyə qurumları – Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırırlar. 2017-ci il stabillik, 2018-ci il artımların əldə edilməsi dövrü kimi yadda qalıb. 2019-cu il daha sürətli artım, 2020-ci il isə bu sürətli artımın qorunub saxlanması ilə xarakterik olacaq”.

Ekspert deyib ki, 2020-ci il Azərbaycana valyuta axınının daha da artacağı gözlənilir: “Gələn il Cənub Qaz Dəhlizi çərçivəsində TAP boru kəmərinin istifadəyə verilməsi ilə Avropa bazarına Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. İlkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP ilə Türkiyəyə nəql edilən qaz həcmləri isə 6 milyard kubmetrə çatacaq ki, bu da ölkəyə daxil olan valyutanın həcmini əhəmiyyətli dərəcədə artıracaq. 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımaların artması fonunda da valyuta gəlirləri çoxalacaq. Bundan başqa, Sumqayıt Kimya Parkında qurulan zavodlar qeyri-neft sektorunun artımını sürətləndirələcək. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq”.

pia.az


Etiket: Vüqar Bayramov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar