Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADO Teatrı: Nazir müstəqilliyimizi alıb, sonra yer vermək istəyir

Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında jurnalistlərin ilk müstəqil və modern teatr olan ADO-nun məkan problemi ilə bağlı sualını cavablandırıb

Nazir teatrın rəhbəri ilə görüşdüyünü, lakin teatr rəhbərinin ona müraciət etmədiyini bildirib. Suala konkret cavab verməyən nazir teatrın media vasitəsilə müraciətlərini "orda-burda yazırlar” kimi ifadələrlə qiymətləndirib və media vasitəsilə ADO rəhbərinə müraciət edib: "Teatrının aqibəti ilə bağlı ciddi bir layihə hazırlayıb gətirsin”.

ADO teatrının rəhbəri Elmin Bədəlov Yarpaq.Az-a açıqlamasında nazirin jurnalistlərə düzgün informasiya vermədiyini bildirib: "Biz dəfələrlə nazirliyə müraciət etmişik. Küçə teatr festivalının keçirilməsi ilə bağlı bir ildən çox rəsmi müraciətlər oldu. Lakin heç bir faydası olmadı. Daha sonra ADO məkan problemi ilə üzləşdi. Biz bununla bağlı prezident İlham Əliyevə, Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət Nazirliyinə rəsmi müraciət ünvanladıq. Bununla yanaşı 200-dən çox incəsənət nümayəndəsi Əbülfəs Qarayevə bizə yer verilməsi ilə bağlı açıq müraciət etdi. Daha sonra nazirlik məsələni diqqətdə saxladığını bildirdi və Bakı Şəhər Mədəniyyət İdarəsinə bu barədə göstəriş verdi. İdarənin rəisi və əməkdaşları teatrımıza gəldilər, STOP adlı tamaşamızı izlədilər. Daha sonra bizə yer verə biləcəklərini dedilər. Lakin qeyd etdilər ki, tamaşalara əvvəlcə idarə baxmalı, razılıq olacağı təqdirdə nümayişə buraxılmalıdır. Biz isə bununla razılaşmadıq. Hesab edirik ki, teatr üçün məkan vacibdir, lakin məkandan da vacib teatrın müstəqilliyi və azadlığıdır”.

Teatr rəhbərinin fikrincə nazir ADO ilə bağlı suala əsəbiləşib: "Mən nazirlə görüşəndə bizimlə heç bir probleminin olmadığını bildirdi. Lakin ADO ilə bağlı sual veriləndə nazir qəzəbini gizlədə bilməyib. İstəyir ki, bizim teatr onlarla layihələr çərçivəsində əməkdaşlıq etsin və bizə qrant ayrılsın. Biz isə bu təkliflə razı deyilik, düşünürük ki, teatra balaca, hətta təmirsiz məkanlardan biri ayrılsın, lakin teatr müstəqil formada fəaliyyətini davam etdirsin. Dövlətin balansında bu formalı istifadəsiz yerlərin sayı çoxdur, bizə məkan problemində dəstək ola bilərlər. Nazir isə müstəqilliyimizi alıb, qarşılığında məkan problemimizi həll etmək istəyir. Nazirlik bizim açıq müraciətlərimizi sevmir, prezidentə göndərdiyimiz məktublara əsəbiləşirlər, hətta bunu açıq formada bizə bildirirlər. Biz isə izah etməyə çalışırıq ki, ADO ilk müstəqil teatr olduğu üçün bu teatrın müstəqilliyi ən azından tarix kimi qorunmalıdır. Biz cəmiyyətimiz, mədəniyyətimiz üçün çalışırıq. Hesab edirik ki, bu teatr ölkənin imicinə başucalığı gətirir, ölkəni festivallarda təmsil edir, teatr mühitinə canlanma qatır. Bütün bunlar göz qabağındadır. İşlərimiz barədə isə hər zaman açıq məlumatları sosial şəbəkələrdə və saytımız vasitəsilə yayırıq. Bütün bunları dəfələrlə teatr xadimləri də açıq formada vurğulayıb. Buna baxmayaraq hər zaman bizə senzura tətbiq olunmaq istəyir, barəmizdə yalan, böhtan xarakterli məlumatlar yayılır. Statistika göstərir ki, dünyada mədəniyyətin inkişafına müstəqil incəsənət qurumlarının təkanı da böyük rol oynayıb. Əgər mədəniyyətdə inkişafı istəyiriksə müasir incəsənətə dəstək olmalıyıq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar