Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu qəzetlərə ayrılan maliyyə dayandırılacaq - Yenilik

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərə maliyyə yardımı ayrılması ilə bağlı şərtlərinə yeni əlavə edilib

Bu barədə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli fondun Müşahidə Şurasının iclasında çıxışı zamanı danışıb.

İcraçı direktor qeyd edib ki, fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib.

Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərinə yeni əlavənin edilməsi təklifini irəli sürüb. İcraçı direktor bildirib ki, həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur.

İcraçı direktor vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. Aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.

Sonda təklif səsə qoyularaq, yekdilliklə qəbul edilib. (Axar.az)

pia.az


Etiket: KİVDF

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar