Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ruhani Qafqazı Asiya qitəsinə birləşdirir” – İsrail nəşri

Set Frantzman

“Jerusalem Post”, 06.03.2019

İran prezidenti Həsən Ruhani bu gün Gilan əyalətini ziyarət edərək, meşədə gəzintiyə çıxıb, İranın strateji şimal əyalətində dəmir yolları və iqtisadi dəhlizlərlə, Azərbaycan, Qazaxıstan və Çini birləşdirən iqtisadi inkişafın təməlini atıb.

Gilan əyaləti Azərbaycanla sərhəddə və Xəzər dənizi sahilində yerləşir. İllərdir İran onu Qafqaza bağlayan, Astara şəhərindən keçməklə, Şimal-Cənub Nəqliyyat Dəhlizini əhatə edən dəmir yolu şəbəkəsini inkişaf etdirməyə çalışıb. Dəmir yolunun Qəvzindən Rəştə, sonra isə şimalda Azərbaycana keçməsi nəzərdə tutulub.

“Financial Tribune” qəzetinin 2017-ci ilə aid hesabatına görə, Azərbaycan öz hüdudlarında 500 milyon dollar sərmayə qoyub. Layihə İran tərəfində təxirə salınıb, lakin indi, nəhayət, açılır. 164 Qəzvin-Rəşt bölməsi Şimal-Cənub Nəqliyyat Dəhlizinin açarıdır; o, nəzəri olaraq Hindistanı bu dəmir yolu şəbəkəsi ilə Avropaya birləşdirəcək.

İran Qəzvin-Rəşt dəmir yolunu beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə (INSTC) qoşmaq və dəmir yolu şəbəkəsi vasitəsilə Hindistan və Avropaya birləşməyə hazırlaşır. Bu, nəqliyyat daşımalarını daha qısa və ucuz edəcək, İran və digər dövlətlərə fayda gətirəcək.

Hadisə Tehrana qarşı ABŞ sanksiyalarının tətbiq olunduğu dövrdə baş verir. 2015-ci ildə İranla nüvə danışıqlarından sonra sanksiyalardan azad olunarkən, o, dəhlizin tamamlanmasına səy göstərib.

Rəşt hava limanında jurnalistlərə açıqlamasında prezident Ruhani layihəyə 290 milyon tümən sərmayə qoyulduğu və Xəzər dənizi sahilindəki Ənzəli azad ticarət zonasının da bu layihədən faydalanacağını bildirilib.

Hesabatlar göstərir ki, layihə Tehranın İranı Qazaxıstan vasitəsilə Çinlə birləşdirən başqa bir layihə üçün daha böyük planların bir hissəsidir. Bu inkişafların hər ikisi “Bir qurşaq-Bir yol” Təşəbbüsündə Çinə kömək edə bilər. Bundan başqa, İran, Türkiyə və Qərbi birləşdirməklə, Tehran üçün iqtisadi kanal olmanı nəzərdə tutur.

Strateji cəhətdən Gilan əyalətində İranın ümid etdiyi ABŞ-ın sanksiyalarına qarşı duruş gətirmək və hətta Türkiyə, Rusiya və başqaları da daxil olmaqla, ABŞ siyasəti ilə razılaşmayan dövlətlərlə işləyərək, fayda götürməkdir.

Suriya münaqişəsini sabitləşməsdirmək və onun zəifləmiş iqtisadiyyatını inkişaf etdirmək üçün öz mövqelərini gücləndirməyə də ümid edir.

Keçən il İsrail səlahiyyətliləri Körfəz ölkələrinə yollanıb və bölgədəki dövlətlərə İsraillə iqtisadi əlaqələrin artırmaq məsləhətləri veriblər.

İranın şəbəkəsi İsraildən yan keçir və bölgədə təbii qaz və boru kəmərləri ilə bağlı mübahisələrlə bərabər, iqtisadi strategiya da Yaxın Şərqdəki geniş geosiyasi dəyişiklikləri əhatə edir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar