Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət yoxsulluqla bağlı yalan məlumat yayır - İqtisadçı

Hökumət yoxsulluqla bağlı yalan məlumat yayır

Rəsmi rəqəmlərə görə Azərbaycanda yoxsulluq həddində yaşayanlar əhalinin 5,1 faizini təşkil edir. Müstəqil ekspertlər isə hökumətin yaydığı bu rəqəmləri ciddi qəbul etmirlər.

İqtisadçı Natiq Cəfərli deyib ki, hökumətin yaydığı bu rəqəmlərə baxan dünya bizə qibtə edir, ah çəkir, köks ötürür. Çünki bu göstərici Latviyada – 27 faiz, Rumıniyada – 24 faiz, Bolqarıstanda – 22 faiz, Litvada – 21 faiz, Almaniyada – 16 faiz, İsveçdə – 13 faiz, Danimarkada – 13 faiz, Avstriyada – 12 faiz, ABŞ da isə 20 faizdən çoxdur.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan hökuməti hansı foksu göstərib ki, rəqəmlər belə alınıb:

"Çox sadə - yoxsulluq həddi indikatorları köhnədir, real deyil, çox aşağı göstəricilərlə hesablanır. Məsələn, Almaniyada aylıq gəliri 950 avrodan az olanlar kasıb sayılırlar, yəni 1900 manatdan aşağı gəliri olan yoxsuldur. Bizdə isə 1900 manat maaş almaq, pul qazanmaq istəyən “dayday” axtarır ki, onu belə maaşı olan işə düzəltsin.

Ya da, ABŞ-da illik gəliri 20 min dollardan az olanı yoxsul sayırlar. Yəni, ildə 34000 min, ayda 2830 manat qazanana kasıb deyirlər, bizdə isə aya 2830 manat qazanana, "Halaldı, bravo, uşaqda fərasətə bax", - deyib, onunla qohum olmaq istəyirlər, elə kürəkən, ya gəlin axtarırlar. Yəni bizdə hökumət "rəqəmlərlə rəqs edərək" yoxsul insanların ümumi əhaliyə nisbətən sayını Amerikadan, Almaniyadan az çıxardır”.

N. Cəfərli bildirib ki, Azərbaycanda yoxsulluq həddi 500 manat, 4 nəfərlik ailə üçün 2000 manatdan hesablansa, ölkənin 70-80 faizi yoxsulluq həddinə düşər.(Reyting.az)

pia.az


Etiket: Natiq Cəfərli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar