Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərq ABŞ və İsrailin məqsədinə qurban verilir?..

7 trilyon İraqa, 200 milyard Suriyaya xərcləyən ABŞ-ın Yaxın Şərqdəki əsas məqsədi nədir?

İbrahim Tığlı

“Yeni Şafak” qəzeti, Türkiyə, 5 mart 2019-cu il

ABŞ prezidenti Tramp bu yaxınlarda Vaşiqntonda keçirilən “Respublikaçıların Siyasi Fəaliyyət Konfransı”ndakı çıxışında ABŞ-ın illərdir heç cür qəbul edə bilmədiyi bir həqiqətə toxundu. O, İraqdakı siyasətin uğursuzluğuna toxunaraq, özlərinin inşa etdirdiyi hava limanında təyyarənin enişi zamanı təhlükəsizlik məqsədi ilə işıqların söndürüldüyünü ifadə edib. Tramp hardasa haqlıdır. “19 ildir işğal altında saxladığın bir ölkə üçün 7 trilyon dollar xərclə, sonra isə təhlükəsizliyini təmin edə bilmədiyi üçün qorxudan təyyarənin işıqlarını söndür...”. Bu doğrdan da acınacaqlıdır.

Dildə asan səslənən, 7 trilyon dollar. Yaxın Şərq və Afrikada bir ölkəyə 7 trilyon dollar xərcləmək o ölkənin ən azı 3 dəfə yenidən qurulması mənasını verir. Hansı ölkə olursa-olsun, o ölkədə investisiyaların artımı işsizliyin sona çatması və adambaşına düşən gəlirin dəfələrlə artması deməkdir.

ABŞ-ın həqiqətən də İraqı inşa etmək və yenidənqurmaq kimi bir məqsədi olsaydı, indi terrorun və təhlükəsizlik probleminin olmadığı bir İraqla qarşılaşmışdıq. ABŞ-ın İraqSuriyada var olmasının tək səbəbi İsrailin ayaqda dura bilməsini təmin etməkdir.

ABŞ-ın İraqa 7 trilyon, Suriyaya rəsmi olaraq 200 milyard dollara yaxın vəsait xərcləməsini ancaq bu şəkildə ifadə etmək olar. Onsuz da Tramp Adminstrasiyası bu niyyətini gizlətmir, Tramp televiziyaya verdiyi bir açıqlamada Yaxın Şərqdəki varlığının səbəbinin “İsraili qorumaq”dan ibarət olduğunu bildirib.

Trampın kürəkəni və Yaxın Şərqin xüsusi məsləhətçisi Cared Kuşnerin bu vəzifəyə gətirilməsinin başlıca səbəbi də Yaxın Şərqdə İsrailin maraqlarını təmin edə bilməkdən ibarətdir. Bir müddətdir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu niyyətin ilk təmsilçiləridir. Daha sonra Misir və İordaniya bu blokadada yer aldılar. Deyilənlərə görə, ABŞ Misir və İordaniyanı bu blokadada saxlamaq üçün 60 milyard dollardan çox vəsait ayırıb. Bu vəsaitin ABŞ və ya İsrailin deyil, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın mükafatı hesabına olacağı bildirilir.

ABŞ öncəliklə Yaxın Şərqdə anti-İsrail bloku yaratmağa çalışır. Bu mövzuda ilk yaşıl işıq Çad prezidenti İdris Debinin İsrail səfərində verildi. Sudan mətbuatının gündəminə görə, Sudanın ən önəmli aktorlardan olan Sudanın kəşfiyyat şefi Salah Abdullah Quş və MOSSAD-ın rəhbəri Yossi Koyen Münihdə gizli şəkildə bir araya gəliblər.

İraqa sərf edilən böyük miqdarda xərcləmənin arxasında İsrailə qarşı təhlükəsiz bir ərazi yaratmaq və İraqın İrana meyl etməsinə mane olaraq, nəzarətdə saxlamaq kimi bir niyyət durur. Belə ki, ABŞ çox güvəndiyi və vəsait ayırdığı İraqdakı ortaqları ilə İrandan gələ biləcək təhdidlərin qarşısını ala bilsin. Bu baxımdan İraq İranın təzyiqlərinə görə ABŞ-dan yardım almağa davam edir.

ABŞ-ın Suriyada sadəcə İraq missiyası ilə hərəkət etdiyini düşünmək olmaz. Tramp Suriyadan çıxmaq məsələsində səmimi ola bilər, amma İraqdan heç vaxt çıxmayacaq. ABŞ-ın Suriya siyasəti bölgədəki dövlətlərin başını qatmaqdan ibarət olduğunu göstərir. Əslində ABŞ Türkiyənin başını YPG/PYD terror təşkilatı ilə qatmağa çalışarkən, Rusiyaİranın da rejimə dəstək verməsini “tamaşaçı” qismində izləməklə, həmin ölkələri bəlli bir bölgəyə “həbs etmək” istəyir.

Trampın prezident seçilmədən əvvəl söylədiyi və həyata keçirməyə çalışdığı İsrail və Fələstin arasında qalıcı sülh formalaşdırmaq iddiası da məhz İsrailin maraqlarına xidmət edir. Ağlı başında olan heç bir Yaxın Şərq lideri Qüdsün İsrailin paytaxtı kimi tanınmasını qəbul etməz. Əgər qəbul edərsə, sonunun fəlakət olacağını bilməlidir.

ABŞ-ın məqsədinin İsrailin regionda daha da güclənməsindən ibarət olduğunu bilən Salman və digər kukla liderlərin niyə bu oyunun podratçısı olduğunu anlamaq çətin deyil. Çünki Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə vəliəhdi və Misir prezidenti Əbdül Fəttah əl-Sisi öz gələcəkləri ilə İsrailin güclənməsi arasında bir bağın olacağını düşünürlər.

Bu blokadaya İslam dünyasında tək maneçilik edən Ərdoğandır. Sadəcə Yaxın Şərq xalqları deyil, dünya müsəlmanları Fələstinlə bağlı bir məsələ ortaya çıxanda Ərdoğanı eşitmək istəyirlər. Fələstin məsələsində Ərdoğanın haqlı həssasiyyətini ABŞ, İsrail və onların podratçıları çox yaxşı başa düşsələr də, Ərdoğan maneəsini aşmağa çalışırlar.

Ərdoğan Fələstin xalqının dəstəklənməsi və haqqlarının tapdalanmaması məsələsində çox güclü iradə nümayiş etdirdi. Bu iradə davam etdikcə ABŞ-ın İsrail himayədarlığı və bölgədəki maraqlarını qoruması çətinləşir. ABŞ bu çətinliyin öhdəsindən gəlmək üçün Suriyada baş qatan taktikalarla Türkiyənin və bölgə xalqının mənfəətlərinin yüksəldilməsi cəhdlərinin qarşısını almağa şalışır.

İsrailin bölgədə gücləndirilməsi üçün ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi daha güclü bir əməliyyatı yoxlayacaqlar. Ən böyük arqumentlərdən biri Türkiyə, Qatar və İran blokunun bölgədə qeyri-sabitlik yaratması iddiasıdır. Onlar iddialarında Türkiyə və Qatarın bölgədə radikal sünni hərəkətlərə dəstək verdiyini söyləməklə yanaşı, İranın da Suriyada məzhəbçi bir xarici siyasət yürüdərək, ərəb sünniləri sıxışdırdığını bidlirəcəklər.

Türkiyənin İran və Qatardan fərqli bir mövqeyi var. Türkiyə heç vaxt ayrı-seçkiliyə, etnikliyə və məzhəbə yönəlik siyasət aparmayıb. Terroru heç vaxt dətəkləməyib və İŞİD-ə qarşı ən ciddi mübarizə aparan ölkə olub. İranın mzəhəbçi bir siyasətdən azad olmadığı doğrudur, amma bu, ABŞ və İsrailə bağlı bir məsələ deyil. Bölgə ölkələrinin öz aralarında həll etməli olduğu bir problemdir. Türkiyə ilə münasibətləri “yaxşı” olduğuna görə cəzalandırılan Qatarın ABŞ ilə olan sıx münasibətləri görməzlikdən gəlinir.

Bu cür bloklaşma sancılı bir parçalanmadır. Çünki Yaxın Şərqdə regional təhdidlər mövcuddur. Türkiyə bu məsələdə çox qərarlı siyasət yürüdərək yaxşı bir imtahan verir və strateji əməkdaşlıqları genişləndirməyə çalışır. ABŞ qarşı çıxdığına görə İranı təkləmir, əksinə regionda sülhün bərqərar olması üçün qarşılıqlı həll yolları axtarır.

ABŞ-ın İraq işğalı, Suriyadakı terror təşkilatlarına dəstəyi, Səudiyyə şəhzadəsi və Körfəz əmirini önə çıxarması bir-biri ilə əlaqəsiz olan mövzular deyil. Atılan hər addım Trampın bir televiziya kanalına dediyi kimi, “İsraili müdafiə etmək və qorumaq üçündür”. Bu baxımdan bölgə ölkələri 70 ildir regionu qan gölünə çevirən İsraili və onu qoruyan ABŞ-ı dayandırmaq üçün özlərini nizama salmalıdırlar. Yaxın Şərq ABŞ və İsrailin məqsədlərinə qurban verilə bilməz.

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİF

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar