Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən ilin əsas kibertəhdidləri açıqlandı - Hesabat

“Mikrosoft” korporasiyası “bulud” servislərindən keçən 6,5 trilyondan çox siqnalı təhlil edərək kibertəhdidlər haqqında hesabat açıqlayıb

PİA.az Azərtac-a istinadən xəbər verir ki, tədqiqata görə, 2018-ci ildə dünyada fişinq hücumlarının sayında 350 faizdən çox artım qeydə alınıb. Orta aylıq fişinq göstəricisi 0,14 faizdən (aylıq 644 milyon məktub) 0,49 faizədək (2,254 milyard) yüksəlib. Korporasiya nümayəndələrinin fikrincə, bu tendensiya gələcəkdə də davam edəcək, çünki cinayət əməlləri texniki boşluqların deyil, insan zəifliyinin axtarışına yönəlib.

Fırıldaqçı virusların sayının 73 faiz azalmasını bildirən “Mikrosoft” analitikləri qeyd ediblər ki, cinayətkarlar bu nəzərəçarpacaq metoddan daha gizli hücumlara keçiblər. Buna səbəb isə istifadəçilərin təhlükələrə daha düzgün reaksiya verməyə başlamasıdır: cinayətkarlara pul ödəməkdə imtina edirlər, məlumatların ehtiyat nüsxəsini tətbiq edirlər.

Ötən il fırıldaqçı viruslar orta aylıq hücumların sayında kriptovalyuta istehsalından geri qalıb (0,12 faizə nisbətdə 0,05 faiz). Cinayətkarlar tərəfindən rəqəmli valyutaların gizli istehsalı üçün proqramların aktiv tətbiqinə və kriptovalyutaların generasiyası üçün qurbanların kompüterlərinin hesablama gücündən istifadəyə başlanılıb. Müdaxilə təkcə sistemin məhsuldarlığını azaltmır, eyni zamanda, daha böyük ziyan vurur.

Kriptovalyuta istehsalı virusları ilə daha çox qarşılaşan ölkələr siyahısına Efiopiya (5,58 faiz), Tanzaniya (1,83 faiz) və Pakistan (1,47 faiz) daxildir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar