Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robert Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan uzaq qaçması olduqca şübhəlidir

Bunu Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryan “168 jam” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Paşinyan hansı bəhanələrlə maskalanmasına baxmayaraq, sözsüz ki, danışıqlar gedir.

“Amma şübhə doğuran danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Ermənistan cəmiyyəti hakimiyyətin Qarabağ nizamlanması ilə bağlı mövqeyindən xəbərsizdir, çünki bu mövqe indiyədək hələ də səslənməyib və narahatlıq doğuran da məhz budur. Mövqe formalaşdırmadan necə uğurlu danışıqlar aparmaq olar axı?”.

Bu mənada Koçaryan bildirib ki, ErmənistanAzərbaycan liderləri arasında indiyədək baş tutan qeyri-rəsmi görüşlərdə “Əliyevin Paşinyanı asanlıqla məğlub etməsi açıq-aşkardır. Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün sərfəli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Axı bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonrakı “zəmanətimiz” idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən edilmiş seçim olmasının önəmi yoxdur. Hər iki halda bu, böyük səhvdir. Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk qrupunun növbəti təklifləri Ermənistan üçün yaxşı olmayacaq”.

“Sizin həbsiniz Qarabağ üzrə hansısa razılaşmaya hazırlıqla əlaqəli ola bilərmi” sualına cavabında isə Koçaryan vurğulayıb ki, “bu hakimiyyətin rəhbərliyində heç nəyi istisna etmək olmaz”.(Azvision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar